Icma.az
close
up
RU
“Neftçi”nin maliyyə durumu “Qarabağ”dan qat qat aşağı deyildi”

“Neftçi”nin maliyyə durumu “Qarabağ”dan qat qat aşağı deyildi”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

2024/25 mövsümü geridə qaldı. Artıq avrokuboklara hazırlaşmağın və yeni mövsüm üçün planlar cızmağın vaxtıdı.

“Qarabağ” yenə çempionluğu heç kimə güzəştə getmədi. Başqa klublar, sadəcə, ağdamlıları izləməklə kifayətləndi. Bəs ümumilikdə son mövsümü necə dəyərləndirmək olar? Avrokubok iştirakçılarından, ölkənin əsas yığmasından nə gözləyək? Bütün bu suallar ətrasında təcrübəli mütəxəssis Aslan Kərimovla söhbətləşdik.
- 2024/25 mövsümü artıq arxada qaldı. Ümumilikdə Misli premyer-liqasının son mövsümünü necə dəyərləndirirsiz?
- Rəqabət son tura qədər davam etməsə də, mövsümü yaxşı dəyərləndirərdim. Son turlar o qədər də gərgin keçmədi. “Qarabağ”, demək olar ki, böyük xal fərqi ilə növbəti çempionluğu elan etdi. Qış fasiləsindən sonra Ağdam təmsilçisinin çempion olacağını demək üçün futbol mütəxəssisi olmağa ehtiyac yox idi. Amma medallar uğrunda mübarizə son tura qədər davam etdi. 
- “Qarabağ” son mövsümdə də çempionluğa gedən yolda, demək olar ki, rəqibsiz idi. Sizcə, bu başqalarının çox zəifliyi, yoxsa “Qarabağ”ın bir baş üstün olması ilə bağlıdı?
- Bəli, çempionluq uğrunda rəqabət getmədi. Amma yalnız “Qarabağ” güclü idi” demək də düz deyil. Bu, başqa komandalarımızın büdcə zəifliyinə və çempionatda boşluqlara yol verməsinə görə baş verdi. Burda əsas məsələ oyunçu keyfiyyətidi. Çempionatda bəzi komandaların rəqabətədavamlı olacağı gözlənilirdi. Transferlər buna imkan vermədi. “Neftçi”nin maliyyə durumu “Qarabağ”dan qat-qat aşağı deyildi. Amma bu kluba transfer olunan oyunçular gözləniləndən aşağı səviyyədə çıxış etdi. Bəlkə də hansısa klubun heyətində daha yaxşı çıxış edə bilərlər. “Nefçi”də təzyiqin öhdəsindən gələ bilmədilər. “Qarabağ” bu məsələlərə görə rəqabətsiz çıxış etdi. Amma ağdamlıların avrokuboklardakı çıxışı uğurlu olmadı. “Zirə” böyük məbləğ xərcləməklə oyunçu almaq istəmir. Çempionatda eyni səviyyədə qalırlar. Amma bu səviyyə ilə “Qarabağ”la rəqabət aparmaq çətindi. Rəqabət aparmaq üçün futbolçulara “Qarabağ” qədər maliyyə ayırmalısan.
- Artıq avrokuboklardakı rəqiblərimiz bəllidi. Klubların Avropa arenasındakı şanslarını necə dəyərləndirirsiz?
- Təcrübəsinə, oyunçu keyfiyyətinə, maliyyəsinə və yığdığı reytinqə görə mərhələnin favoriti “Qarabağ” olacaq. Bu baxımdan qarşılaşacağı rəqiblər Ağdam təmsilçisinin gücündə deyil. “Qarabağ”ın rəqiblərini də kiçiltmək fikrim yoxdu. “Araz-Naxçıvan” bu mövsüm yaxşı çıxış etdi. Naxçıvanlılarln ehtiyat qüvvəsi o qədər keyfiyyətli deyildi. Zədəli oyunçuları dəyişməkdə çətinlik çəkdilər. Konfrans Liqasında bəxtlərinə çətin rəqib düşüb. “Araz-Naxçıvan” da transferlərə çox pul xərcləməyib. Yunanıstanın köklü təmsilçisi ilə dueldə şansları çox deyil. Oyunçu keyfiyyəti və maliyyə üstünlüyü rəqibin tərəfindədi. Bu qarşılaşma “Araz-Naxçıvan” üçün çox çətin keçə bilər. “Zirə” və “Sabah”a da ciddi rəqiblər düşüb. “Hayduk” Xorvatiyanın adlı-sanlı klublarından biridi, fərdi cəhətdən güclü futbolçulara malikdi. “Zirə” böyük transferlər etməyib. Onlar üçün belə təcrübəli rəqibi keçmək çətin görünür. Yaxşı futbolçulara malik komanda ilə üzləşəcəklər. Eyni sözləri “Sabah”a da demək olar. “Sabah”ın rəqibi ötən mövsüm çempion olub, son mövsümdə kuboku qazanıb. Son dövrlərdə titulları qazanan komandadı. İspaniyalı baş məşqçiləri var. İspaniyalı baş məşqçidən danışırıqsa, topa sahib olmaq əsas ünsürlərdən biri olacaq. “Sabah”ın üstün tərəfi cinah hücumları ola bilər. Yeni gələn baş məşqçidən sonra fərqli üslubda oynayacaqlar. Bu cütdə də “Sabah”ı favorit saymıram.
- Avrokubok təmsilçilərimiz, yəni “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” artıq uzun müddətdi eyni baş məşqçi ilə çalışır. Amma “Sabah” bir neçə gün əvvəl Valdas Dambrauskası baş məşqçi postuna gətirdi. Qısa müddət ərzində yeni məşqçinin ideyalarının komanda tərəfindən mənimsənilməsi nə qədər realdı?
- Bu məşqçinin özündən də asılıdı. Məşqçinin kommunikasiya qurması da rol oynayacaq. Kommunikasiya qurmaq bir qədər zaman tələb edə bilər. Bəzən bunun üçün vaxta ehtiyac olur. Nə qədər tezləşdirəcəkləri məşqçinin keyfiyyətindən asılıdı. 
- “Sabah”ın yerli məşqçilərə güvənməməyi ənənəyə çevirməsi haqda nə düşünürsüz?
- Mən kənardan çox şeyi görməyə bilmərəm. Onların gördüklərindən xəbərsiz ola bilərəm. 
- Azərbaycan çempionatı nə dərəcədə məzmunlu keçir? Məsələn, Avropanın aparıcı klubları hesabda önə keçəndən sonra da hücumları davam etdirir. Bizimkilər isə sanki hesabı qorumaqla kifayətlənir. Bunun əsas səbəbi nədi?
- “Barselona” “İnter”lə oyunda matçın bir çox hissəsində irəlidə idi. Amma əks-hücumlarda iki qol buraxdılar, yarımfinala çıxa bilmədilər. Nəticə əldə etmək istəyirsənsə, hesabı qorumağı bacarmalısan. Bu fəlsəfi bir məsələdi. Çoxtərəfli oynamaq ən effektiv yoldu. Buna “Zirə”ni misal çəkmək olar. Bəzən qapalı, açıq, geriyə düşdükləri zaman riskli oynayırdılar. Bu gün heç kim “Zirə”yə bir kəlmə söz deyə bilməz. Haqlı olaraq da ikinci yerin sahibidi. Bunun səbəbləri yoxdu. Belə oynayırsansa, bir çox matçlardan məğlub ayrıla bilərsən. 
 - Gələnilki dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimiz bəllidi – Fransa, Ukrayna və İslandiya. Hansısa rəqiblə oyunda sürprizə imza ata bilərik? 
- Fransa qrupun favoritidi. Ukrayna ilə bağlı da məsələ aydındı. Ən ağır oyunlarımız bu iki milliyə qarşı olacaq. Əslində İslandiya ilə oyunlarda yaxşı nəticəyə ümid edə bilərik. Ən yaxşı halda Ukrayna yığmasından evdə oynayarkən xal almaq ehtimalımız da var. Fransaya qarşı çox çətin olacaq. Buna da hazır olmalıyıq. Hər şeydə onlara uduzuruq.
- U-21-in son oyunlarını izləmisizmi? Ayxan Abbasov baş məşqçi postuna gələndən sonra nə dəyişib? 
- Təbii ki, nələrsə dəyişib. Heyətdə fərqli oyunçular var. İndiki utbolçuların keyfiyyəti azacıq yuxarı qalxıb. Ayxan Abbasov oyunçuları inandırmağı bacaran məşqçidi. Son oyunlardakı çıxışlar ümidlə baxmağa əsas verir. U-21-dən əsas yığmaya keçid edəcək futbolçular var. 
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri