Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı şok detal Paşinyan mövqeyini niyə dəyişdi?

Zəngəzur dəhlizi ilə bağlı şok detal Paşinyan mövqeyini niyə dəyişdi?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ermənistan baş naziri Nikol Paşinyan son çıxışında  Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən “Zəngəzur dəhlizi” ifadəsini gündəmdən çıxarmağa və onun əvəzinə başqa terminlər işlətməyə çalışıb. Halbuki, o, bundan əvvəl Zəngəzur məsələsində problem görmədiyini bəyan etmişdi. Lakin BMT tribunasındakı çıxışında mövqeyini dəyişərək Ermənistana qarşı ərazi iddiasından danışıb.

ABŞ-a səfəri və ardınca Rusiyaya gediş-gəlişindən sonra Paşinyanın mövqeyindəki bu dəyişiklik hansı səbəblərlə bağlı ola bilər?

Moderator.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, Ermənistan Vaşinqtonda imzalanan üçtərəfli bəyannamədə konkret öhdəliklər götürüb. Onun sözlərinə görə, rəsmi İrəvan və ABŞ Bakının şərtlərini qəbul edib:

"Paşinyan yaxşı anlayır ki, üzərinə götürdüyü öhdəliklərə bağlı proses yubadılsa və bölgədə qeyri-müəyyən vəziyyət davam etsə, Ermənistanın dövlətçiliyi üçün təhdidlər də qalacaq və ölkə geosiyasi proseslərdə sadəcə “kart” rolunu oynamaqda davam edəcək. Bu baxımdan, Ermənistan hökuməti “böyük Ermənistan” ideologiyasından imtina edərək “real Ermənistan” konsepsiyasına uyğun fəaliyyət göstərmək istiqamətində siyasət yürüdür. Həmçinin, üçtərəfli bəyannamədə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də qisasçılıq zəminində fəaliyyət göstərməməsi və belə bir hal baş verəcəyi təqdirdə hökumətin bunun qarşısını almasıdır”.

Politoloq hesab edir ki, Ermənistanla Azərbaycan arasında Vaşinqton görüşündən sonra məsələlərə böyük ölçüdə aydınlıq gətirilib:

“Təbii ki, Ermənistan hökumətinə qarşı daxildə kilsə və revanşist qüvvələr tərəfindən müəyyən təzyiqlər var. Onlar uzun illər ərzində formalaşdırdıqları "böyük Ermənistan" ideologiyasının çökəməməsi və "real Ermənistan" konsepsiyasının həyata keçirilməsinə maneələr yaradılması üçün çalışırlar. Nəticədə kilsə və lobbi  ölkənin xarici siyasətinin formalaşmasında  konstitusion hüquqlarını qorumaq istəyir. Ermənistan hökuməti isə bununla razı deyil və bu istiqamətdə kilsə ilə hökumət arasında ciddi qarşıdurma mövcuddur.

Ermənistan yaxşı anlayır ki, “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina edə bilməz. Bu, Ermənistana baha başa gələ bilər. Fikrimcə, Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasında, yəni Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyət göstərəcək. Paşinyanın Zəngəzurla bağlı bəzi açıqlamaları isə daxili auditoriyaya hesablanıb. Bütün bunlar proseslərin gedişinə təsir etmək gücündə deyil. Proseslərin fərqli məcraya yönəldilməsi və ya yubadılması Ermınistan üçün fəlakət deməkdir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri