“Neftçi”nin oyununda yaşanan hadisə: Bunu “Araz Naxçıvan”dan gizlədirlər VİDEO + AÇIQLAMA
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilən “Neftçi” - “Araz-Naxçıvan” (2:2) görüşündə problemlər yaşanıb.
İkinci hissəsinin startında VAR sisteminin işləməyəcəyi bildirilib.
Maraqlıdır ki, VAR işləməyəcəyi bildirildikdən 10 dəqiqə sonra “Neftçi”nin kapitanı Emin Mahmudov bərabərlik qolunu vurub.
Laynsman əvvəlcə bayrağını qaldırıb ofsayd qeydə alsa da, referi Fərid Hacıyev VAR-ın təsdiqindən sonra qolu qeydə alıb. Amma epizodların təkrarı göstərilməyib və ofsayd xətti də nümayiş edilməyib.
“Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov bu qalmaqallı halla əlaqəli Sportinfo.az-a açıqlama verib:
“Həmin epizodla bağlı klub tərəfindən AFFA Hakimlər Komitəsinə rəsmi məktubla müraciət olunub.
Klubun istəyi baş hakimin ofsayd qeyd aldığı, sonra VAR-ın müdaxiləsi ilə qərarını dəyişərək mərkəzi göstərməsinə səbəb olan görüntünün təqdim olunmasıdır.
Oyunun sonuna qədər xətli görüntü efirdə göstərilməyib. Halbuki ikinci hissənin əvvəlində VAR-ın işləmədiyi komandalara bildirilsə də, bir neçə dəqiqə sonra dördüncü hakim baş məşqçilərə texniki nasazlığın aradan qaldırıldığını və VAR-ın işlədiyini bildirmişdi.
Tələb həmin epizodun ofsayd olmadığını sübut edən görüntünün təqdim olunması ilə bağlıdır.
Müraciət dünən olub, hələ ki, nə görüntü göndərilib, nə də komitə tərəfindən ənənəvi mübahisəli epizodların izahı ilə bağlı hansısa açıqlama var”.
Qalmaqallı epizodu təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















