Icma.az
close
up
RU
Neftçi də əsas problem psixoloji məsələdir MÜSAHİBƏ

Neftçi də əsas problem psixoloji məsələdir MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski Sportal.az saytına müsahibə verib.

- "Neftçi" Premyer Liqanın son turunda 2:0 öndə olsa da, yekunda "Zirə"yə 2:4 hesabı ilə uduzdu. Səncə, komanda iki qol vursa da, niyə qələbə qazana bilmir?

- Futboldur ad, olur. 2:0 qol vurduqdan sonra 1 qol buraxırsansa, hesabı qorumaq şansı yarıya enir. Belə durumlarda yekun nəticə böyük ehtimalla 2:2 bitir. Amma 2:4 hesabı ilə uduzmaq...Bu, artıq çox şeydən xəbər verir. Yəqin ki ,"Neftçi"də əsas problem psixoloji məsələdir.

- Yayda "Neftçi"nin heyətini sıfırdan qurmaq lazımdır?

- Böyük ehtimalla dəyişiklik lazımdır. Hazırkı futbolçular komandanın səviyyəsini yüksəldə bilmir. Yaydan başlayaraq iki il ərzində kollektiv qurmaq lazımdır. Amma böyük dəyişiklik də komandaya pis təsir edə bilər. Maksimum 2-3 yeni oyunçu gətirmək mütləqdir.

- Komandanın baş məşqçisi Samir Abasov da bildirib ki, onlar üçün prioritet məsələ ölkə kubokunu qazanmaqdır. Premyer Liqada 2:0 öndə olan komanda sonda uduzursa, kubokda hansı nəticəyə ümid edə bilər?

- "Neftçi"nin çempionluq şansının qalmadığı dekabrdan artıq bəlli idi. O zaman klub kuboku götürməlidr. Birinci pillədəki "Qarabağ"la bu qədər xal fərqi varsa, Avropada necə oynayacaqlar? Nəsə demək çətindir. 

- Yeri gəlmişkən, "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Sabah"a evdə 1:2 uduzub. "Neftçi"nin final şansı nə qədərdir?

- "Neftçi" "Sabah"ı məğlub etməlidir. Əgər bu baş verməsə...Artıq biabırçılıq deməkdir. O zaman yeni komanda qurulmalıdır. U-19, U-21 yığmasının ən yaxşı futbolçularını "Neftçi"yə cəlb etmək lazımdır. Üstəlik, bir neçə yaxşı legioner futbolçu. Belə olmasa, nə bilim...İki il ərzində yaxşı komanda qurmaq lazımdır. Amma nəsə udmaq üçün tələsmək lazım deyil. Onsuzda "Neftçi" çempionluğu qazana bilmir. İki il ərzində yeni komanda qurduqdan sonra hücuma keçmək mütləqdir. Məhz o vaxtı çempionluq əldə etmək olar. Yoxsa, hər yay oyunçuları dəyişməklə nəsə əldə etmək mümkün deyil. 

- 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Bu qərar "Neftçi"yə necə kömək olacaq?

- Xeyr, mən razı deyiləm. Tutaq ki, bu qərar "Neftçi" və digər klublara kömək oldu. Bəs, yerli futbolçular necə olacaq? Milli komanda necə olacaq? Legionerlər çox olsa, yerli futbolçular nə etməlidir? Onlar heyətə düşmək üçün daha çox çalışmalıdır. Hər halda, bu qərarın həm üstün, həm də mənfi cəhətləri var. Məncə, gənc futbolçuları inkişaf etdirib və yaxşı legionerlər gətirmək olar. U-19 və U-21 yığmasındakı ən yaxşı oyunçular "Neftçi"də oynamalıdır və belədə, inkişafları mümkündür.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri