Icma.az
close
up
RU
Nəğmə də bir silahdır kitabının təqdimat mərasiminin təəssüratları

Nəğmə də bir silahdır kitabının təqdimat mərasiminin təəssüratları

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində çox kövrək hissləri yenidən yaşadığımız, Qələbəyə gedən yolda məruz qaldığımız itkilərimizi əks etdirən, amma həm də qürurverici bir kitabın təqdimat mərasimi keçirildi. Bu, musiqi arealında baş verən önəmli hadisələrə operativ reaksiyası ilə seçilən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət  Təhmirazqızının Şəhid və Qazi musiqiçilərə həsr olunmuş "Nəğmə də bir silahdır" adlı dəyərli kitabı idi. Musiqi ictimaiyyətinin və eləcə də müəllifin musiqiçi Şəhidlərinin xatirəsinə və Qazilərin fədakarlığına hörmət və etiramının ifadəsi olan bu 328 səhifəlik nəşrin hazırlanmasında kitabın redaktorlarının - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi Fidan Nəsirova-Əhmədovanın və AMK-nın doktorantı Səadət Quliyevanın da əməyi danılmazdır. Eləcə də kitabın ərsəyə gəlməsinə maddi dəstək verən xeyirxah insanlara  təşəkkür edir. 

Təqdimat mərasimini giriş sözü ilə açan Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz xanım Abdullazadə bu kitabı ərsəyə gətirmək üçün Şəhid və Qazilərin ailələrini ziyarət edən müəllifin böyük ürək sahibi olduğunu və dastanların məhz belə cəsur igidlərin qəhrəmanlığından yarandığını vurğuladı. Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor  Nazim Kazımov isə bu kollecin Şəhid və Qazi zirvəsinə yüksələn tələbələrindən, onların hər biri ilə bağlı xatirələrindən danışdı. Bəstəkar Azad Zahidin Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin sözlərinə yazdığı “Qələbəyə gedən yollar” adlı mahnısı zalda çox təsirli emosiyalar yaradan videoçarxın nümayişi ilə təqdim olundu.

Kitabda verilən ön sözdə musiqinin insan həyatındakı rolu haqqında danışılır və kitabın adının məhz "Nəğmə də bir silahdır" kimi təqdim olunmasına aydınlıq gətirilir. İdeoloji səciyyə daşıyan musiqini - “nəğməni mənəvi bir silah” adlandıran sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, musiqinin öz bədii gücü ilə insanın hisslərinə sirayət etdiyini, yüksək mənəvi təsirə malik olduğunu qeyd edir. Hərbi-vətənpərvərlik ruhunda yazılan mahnıların dinləyicidə mübariz əhval-ruhiyyə yaratmasını və bu mövzunun bilavasitə yaranan şəraitlə bağlılığını da vurğulayır.

Bir neçə bölmədən ibarət olan kitabın “Musiqidə hərbi-vətənpərvərlik” adlı ilk bölümündə Ana qədər müqəddəs olan Vətənə məhəbbət mövzusuna toxunan müəllif, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan ilk hərbi-nəfəs alətləri orkestri, 40-50-ci illərin orkestrlərinin repertuarı və hərbi dirijorlar                                                     haqqında məlumat verir. Kitabda Üzeyir Hacıbəylinin tələbəsi və mənim də müəllimim olmuş ilk azərbaycanlı musiqişünas Məmmədsaleh İsmayılovun 1941-ci ildə könüllü şəkildə cəbhəyə yollanması, onun keçdiyi şərəfli döyüş yolu, 1946-cı ildə ordu sıralarından tərxis olunsa da yenidən 1950-ci ildə Taqonroq piyada diviziyasının 416-cı polkunun dirijoru təyin olunması kimi faktlar təqdim olunur. Niyazi Kərimovun “İlk hərbi dirijorlar”, “Ölümün gözünə baxan Azərbaycan musiqiçiləri” kitabları haqqında da danışılır, Böyük Vətən Müharibəsində iştirak edən Azərbaycan bəstəkarları (Fikrət Əmirov, Midhət Əhmədov, Zakir Bağırov, Hacıağa Neymətov, Məmməd İsrafilzadə, Şəmsi Kərimov) ilə yanaşı ifaçılar xatırlanır və onlar haqqında məlumatlara da kitabda yer verilir. Kitabın I bölməsində 1941-1945-ci illərdə və I Qarabağ müharibəsi dövründə bəstəkarların hərbi-vətənpərvərlik mövzusunda təqdim etdikləri əsərlər də sadalanır.

“Musiqidə Şəhidlərin tərənnümü” adlandırılan II bölmədə 20 yanvar, Xocalı faciələri və Şəhidlərə həsr olunmuş əsərlər (A.Rzayevin “Bakı – 90” proqramlı simfoniyası, C.Hacıyevin “Şəhidlər” simfoniyası, R.Mustafayevin “Salatın” oratoriyası, “Bu qan yerdə qalan deyil” vokal-simfonik poeması, O.Rəcəbovun “Çingiz” simfoniya-rekviyemi, F.Əlizadənin “İntizar” operası və s.) təhlil olunur və müxtəlif janrlarda yazılmış əsərlərin və müəlliflərin siyahısı verilir. Təqdimat mərasimində Xalq artisti Gülyaz Məmmədovanın ifasında S.Təhmirazqızının Şəhid general Polad Həşimova həsr etdiyi “Qəhrəman Polad” adlı mahnısı səsləndi.

Kitabın “Musiqiçi Şəhidlər” adlandırılan III bölməsində II Qarabağ müharibəsinin 26 istedadlı musiqiçi Şəhid əsgərinin həyatından, ixtisas sahəsindən, qısa ömründən, göstərdikləri şücaətdən və onların təltiflərindən danışılır. Kitabın təqdimat mərasimində Şəhid musiqiçilərdən bir çoxunun yadıgar qalan ifaları zalda videoyazı formatında təqdim olundu. Zalda əyləşənlərin bu təsirli anlara, 44 günlük müharibədə Şəhid olan istedadlı, nur simalı gənclərin kadrlardakı ifalarına emosiya göstərmədən və təmkinlə baxması mümkünsüz idi. Tədbirdə iştirak edən bəzi Şəhidlərin valideynləri ağır olsa belə bu kadrlar və kitab üçün təşəkkürlərini bildirdilər, bəstəkar-pianoçu Sevda Məmmədli isə “Laçın” xalq mahnısını öz original improvizasiyası ilə təqdim etdi.

"Nəğmə də bir silahdır" kitabının sonuncu “Şərəfli yol keçən qazilərimiz – sizinlə fəxr edirik biz” adlı IV bölməsində  I və II Qarabağ müharibəsində vuruşan və Qazi olaraq geri dönən 43 qəhrəman musiqiçi haqqında danışılır. Təqdimat mərasimində bu musiqiçi Qazilərin bir neçəsinin ifası (Cabir Abdullayev, Atəş Qarayev, İdris Hüseynov, Əvəzxan Əzizov) dinlənildi. 

Kitabda “Qələbəmizin musiqi müjdəsi” adlı epiloq kimi verilən qismində isə möhtəşəm qələbədən ilhamlanan bəstəkarların zəfər ruhlu əsərlərindən, onların nəşr olunması və konsert ifası haqqında, ümumiyyətlə, Azərbaycan Bəstəkarlar İttifaqının bu sahədəki işinin əhəmiyyətindən danışılır. Tədbirdə Qazimiz, bəstəkar  Vüqar Məmmədzadənin “Dəmir yumruq” adlı üçlü simfonik orkestr üçün yazılmış çox maraqlı simfonik əsəri də videoformatda səsləndirildi. Əsərdən sonra səhnəyə çıxan Respublikanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Səadət Təhmirazqızına öz təşəkkürünü bildirərək, onun rəhbəri olduğu “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi ilə uğurlu əməkdaşlıqlarını da qeyd etdi. Səadət xanım da öz növbəsində təşkilat adından Sahib Paşazadəyə və kitabın ərsəyə gəlməsində bir neçə şəxslərə Sertifikat və Təşəkkürnamə təqdim etdi. 

Müəllif Səadət xanım Qazilərə və Şəhidlərin əzizlərinin hər birinə "Nəğmə də bir silahdır" kitabını hədiyyə etdi. 

Doğrudur, Vətən torpaqları uğrunda canından keçən Şəhidlərimizin, eləcə də sağlamlıqları ilə bağlı bir çox problemlər yaşayan Qazilərimizin haqqı heç nə ilə ödənilməz, amma ümumiyyətlə bu kitab, bizə itirilmiş torpaqlarımızı qanı bahasına qaytaran musiqiçi Şəhidlərimizin valideynlərinə, əzizlərinə, eləcə də müharibədə sağlamlığını itirən Qazilərimizə böyük hədiyyə oldu. Şəhidlərimizə rəhmət, onların əzizlərinə səbr, Qazilərimizə sağlamlıq diləyi ilə.

Güllü Həsən qızı İsmayılova

Sənətşünaslıq üzrə fəlsəfə dioktoru, dosent,
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri