“Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Beynəlxalq Muğam Mərkəzində "Nəğməyə, rəngə, sözə dönən 90 il" adlı yubiley konserti keçirilib.
Konsertdə rəsmilər, mədəniyyət işçiləri, uşaq musiqi, incəsənət məktəblərinin direktorları, musiqisevərlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə məktəbdə fəaliyyət göstərən rəsm kursunun şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Aparıcı konserti açıq elan edərək, musiqi məktəbinin yaradılmasının 90 illiyi münasibətilə müəllim və şagird kollektivinə yeni yaradıcılıq uğurları diləyib, məktəbin fəaliyyəti, qazanılan nailiyyətləri barədə danışıb.Daha sonra məktəbin tarixini əks etdirən videoçarx təqdim olunub.
Konsertdə məktəbin şagirdləri, "Şənlik" rəqs qrupu, kiçin simfonik alətlər orkestri və xoru, "Dan ulduzu" instrumental ansamblı, xalq çalğı alətləri ansamblı çıxış ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 26 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















