Icma.az
close
up
RU
Xərçənglə mübarizədə YENİ DÖVR Bunları etsəniz…

Xərçənglə mübarizədə YENİ DÖVR Bunları etsəniz…

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Xərçəng xəstəliklərinin artdığı bir dövrdə müalicə üsulları ilə yanaşı, qidalanmanın rolu da gündəmdədir. Mütəxəssislər hesab edirlər ki, düzgün qida vərdişləri həm onkoloji xəstəliklərin qarşısının alınmasında, həm də müalicə prosesinin effektivliyinin artırılmasında mühüm əhəmiyyət daşıyır. Bəs qida əsaslı yanaşmalar xərçənglə mübarizədə yeni bir dövrün başlanğıcı ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, qida qəbulunun düzgün aparılması sağlamlıq üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, insan qidanı qəbul etdikdən sonra doyma siqnalı beyinə təxminən 20 dəqiqə ərzində çatır. Lakin bir çox hallarda insanlar bu müddəti nəzərə almadan sürətlə qidalanır ki, bu da sonradan mədə-bağırsaq problemlərinə yol açır.

“Qida qəbul edilərkən yeməyin yaxşı çeynənməsi vacibdir. Bu, həm həzm prosesini asanlaşdırır, həm də mədə-bağırsaq sisteminin yüklənməsinin qarşısını alır”.

Fərid Museyibov qeyd edib ki, onkoloji xəstələrdə qidalanma məsələsi xüsusilə həssasdır və həm əməliyyatdan əvvəl, həm də sonrakı dövrdə bu amilə ciddi diqqət yetirilməlidir.

“Qidalanma tövsiyələri xərçəngin hansı orqanla bağlı olmasından asılı olaraq dəyişir. Xüsusilə, mədə və qida borusu xərçənglərində qida rejimi daha ciddi nəzarətdə saxlanılmalıdır”.

Mütəxəssis fastfood məhsullarından, dönər, çips, eləcə də emal olunmuş kolbasa və sosis kimi qidalardan uzaq durmağı tövsiyə edib. O, bildirib ki, bu cür məhsulların az istehlakı onkoloji xəstəliklərə tutulma riskinin azalmasına kömək edə bilər.

Həkim-onkoloq içkilərlə bağlı da xəbərdarlıq edərək bildirib ki, çox isti çay və qaynar su qida borusu və mədə-bağırsaq xərçənglərinin yaranmasına səbəb ola bilən risk faktorlarındandır. Bu baxımdan içkilərin həddindən artıq isti halda qəbul edilməməsi tövsiyə olunur.

Sonda Fərid Museyibov alkoqol və tütün məmulatlarından uzaq durmağın xərçəng riskinin azaldılmasında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, sağlam qidalanma və düzgün həyat tərzi onkoloji xəstəliklərlə mübarizədə əsas dayaqlardan biridir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri