Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Nepal sammiti: Azərbaycan iqlim dəyişmələri üzrə tədbirlərin beynəlxalq gündəlikdə yüksək səviyyəsinin təmin edilməsində öz roluna sadiqdir

Nepal sammiti: Azərbaycan iqlim dəyişmələri üzrə tədbirlərin beynəlxalq gündəlikdə yüksək səviyyəsinin təmin edilməsində öz roluna sadiqdir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 may, AZƏRTAC

Maliyyə sahəsində fəaliyyəti təmin etmək COP29 Sədrliyinin diqqət mərkəzində idi. Azərbaycan dağ icmaları üçün vəsait toplamaq məqsədilə maraqlı tərəfləri bir araya gətirir. Ölkəmiz, həmçinin Asiya İnkişaf Bankını, Yaşıl İqlim Fondunu, hökumətləri, inkişaf tərəfdaşlarını və özəl sektoru “Glacier to Farm” (“Buzlaqlardan fermalara”) - G2F təşəbbüsünü başlatmağa dəvət edib. Layihə buzlaqların və kövrək dağlıq bölgələrin əriməsi ilə təhlükə altında olan su ehtiyatlarına, kənd təsərrüfatına və icmalara investisiya üçün 3,5 milyard dollara qədər vəsait səfərbər edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Katmanduda keçirilən “Saqarmatha Sambaad” beynəlxalq iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev deyib.

İtki və Zərər Fondunun COP29-da fəaliyyətə başladığını qeyd edən M.Babayev bildirib ki, hazırda Fondun ofisi, bank hesabı, işçi heyəti olan və layihələri təsdiqləməyə başlayan icraçı direktoru var. O əlavə edib: “Bu, buzlaqların əriməsinin geri dönməz təsirləri ilə üzləşən icmalara dəstək olmaq üçün mühüm resurs olacaq. Lakin biz bilirdik ki, COP29-un əsas yeni məqsədi gələcək on il ərzində inkişaf etməkdə olan ölkələri dəstəkləməkdə daha da irəli getmək idi. Bu, heç vaxt asan olmayacaq. Biz BMT-də heç vaxt qarşımıza belə məqsəd qoymamışıq. Biz struktur, töhfə verənlər və kəmiyyət kimi bir-biri ilə əlaqəli məsələlərdə fərqləri aradan qaldırmalı olduq. Həmçinin qlobal maliyyə arxitekturasını dəyişməyə kömək edəcək güclü, keyfiyyətli elementlərə açıq ehtiyac olduğunu gördük. Bunlar çətin danışıqlar idi. Nepaldakı Sagarmatha Milli Parkına qalxan hər kəsin bildiyi kimi, külək ən güclü dağın başında əsir. Son mərhələlərə daxil olduqca, işimiz çətinləşəcək. Ancaq məqsədimizə çatmaqda qərarlı idik. Ən son anda biz 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard dollar səfərbər etmək vədi ilə əvvəlki hədəfi üç dəfə artıraraq Bakı Maliyyə Hədəfi ilə bağlı razılığa gəldik. Bu, milyardları trilyonlara çevirən BMT prosesində indiyə qədər qarşıya qoyulmuş ən böyük maliyyə hədəfidir. Eynin zamanda, bu, maliyyə bazarlarına güclü siqnal göndərəcək və uzunmüddətli planlaşdırma üçün daha çox əminlik təmin edəcək. Bu, kollektiv fəaliyyət üçün inam və impuls yaratmağa kömək edəcək və meyar müəyyənləşdirəcək. Lakin ən əsası, fəaliyyəti maliyyələşdirəcək, daha təmiz enerji layihələri üçün maliyyəni kataliz edəcək və iqlim dəyişikliyinin dağlıq bölgələrə ən pis təsirlərinin qarşısını almaq üçün emissiyaları azaldacaq. Bu, dövlət vəsaitlərini iqlimə davamlı infrastruktur üçün səfərbər edəcək və geri dönməz itki və ziyanla üzləşmiş icmalara dəstək verəcək”.

COP29 Sədrliyinin mümkün olan ən yüksək ambisiyada israr etdiyini qeyd edən xüsusi nümayəndə bildirib: “Biz realist idik və nəzərə aldıq ki, dövlət sektoru inkişaf etməkdə olan dünyanın bütün ehtiyaclarını ödəyə bilməyəcək. Bütün aktorları addım atmağa çağırdıq və ölkələr Azərbaycan və Braziliyanın COP sədrliklərinə tapşırıq verdilər ki, biz 1,3 trilyon dollar hədəfinə çatmaq üçün Bakıdan Belenə yol xəritəsi hazırlamalıyıq.

COP29 Sədrliyi donorların öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün fəal işləməyə davam edəcək. Biz hökumətləri Bakıda vəd etdikləri 300 milyard dolları toplamağı təmin etmək üçün hesabat təqdim etməyə çağırırıq. Bu, 2019-cu il səviyyələri ilə müqayisədə cari ilin sonuna uyğunlaşma maliyyələşdirilməsini iki dəfə çoxaltmaq və 2030-cu ilə qədər BMT-nin rəsmi iqlim fondlarından xaricə axını üç dəfə artırmaq deməkdir. Məsələn, bu, COP29 çərçivəsində “Buzlaqlardan fermalara” (G2F) təşəbbüsünü dəstəkləyən Yaşıl İqlim Fondu üçün daha çox resursları əhatə edir”.

Bu ilin Milli İqlim Planlarının ambisiyalarının artırılması üçün həlledici olduğunu xatırladan M.Babayev bildirib ki, Milli Müəyyən Edilmiş Töhfələr (NDC) kimi tanınan emissiyaların azaldılması planlarının təqdim edilməsi zəruridir. O əlavə edib: “COP29-un Su və İqlim üzrə Bəyannaməsində biz hər kəsi suyu bu planlara və iqlim siyasətlərinə inteqrasiya etməyə çağırırıq. İnkişaf etməkdə olan ölkə kimi, Azərbaycan bu cür planların hazırlanmasının nə qədər çətin ola biləcəyini başa düşür. Azərbaycan BMT-nin Baş katibi və bütün BMT sistemi ilə birlikdə çalışır ki, dəstəyin ehtiyacı olan hər kəs üçün əlçatan olmasını təmin etsin. Ümid edirik ki, ölkələr bundan yararlanacaq. Biz, həmçinin bu planların hazırlanmasının faydalarını hər kəsə xatırlatmaq istəyirik. Çünki onlar yaşıl investisiyalar üçün yaşıl işıq ola bilər. Hədəflərin və son tarixlərin müəyyən edilməsi, sektorların və sənayelərin prioritetləşdirilməsi və hökumətin fəaliyyətə sadiqliyinin nümayiş etdirilməsi güclü siqnallar göndərəcək. Onlar həm beynəlxalq donorlardan, həm də özəl sektordan sərmayələri cəlb edəcək və həmin fəaliyyətlərə yönəldəcək, habelə Bakıda vəd edilən ildə 300 milyard dollardan necə istifadə edə biləcəyimizə dair faydalı yol xəritəsi təqdim edəcək”.

O vurğulayıb: “Diqqəti yayındıran və rəqabətli prioritetlərlə dolu bir dünyada konsentrasiyanı və impulsu qoruyub saxlamalıyıq. Azərbaycan iqlimlə bağlı fəaliyyətində beynəlxalq gündəmdə yüksək səviyyənin təmin edilməsində öz roluna sadiqdir. İqlim mövzusuna sadiq olan bir çox xadimdən ümidverici əlamətlər gördük. Amma biz digərləri arasında iqlimə diqqətin azaldığını da gördük və buna görə də işimizi davam etdirməliyik. BMT Baş Assambleyası maarifləndirmə səviyyəsinin artırılması məqsədilə 2025-ci ili Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edib.

Nepal hökumətinə bugünkü görüşə ev sahibliyi etdiyinə və bu missiyaya verdiyi töhfəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu səylər bizə xidmət etməli olduğumuz və ətraf mühiti qorumalı olan bütün icmaları xatırladır. Biz hamını Bakıda COP29-a toplayanda, onları həmrəylik şüarı altında hərəkət etməyə çağırdıq. Başa düşdük ki, iqlim dəyişikliyi hamıya təsir edir. Heç bir ölkə özünü onun nəticələrindən qoruya bilməz və bu məsələdə hər kəs məsuliyyət daşıyır.

Biz dağ icmalarında yaşayan yüz milyonlarla sakin və orada baş verənlərdən təsirlənən milyardlarla insan haqqında düşünməliyik. Bir daha yaşıl dünya naminə həmrəylik naminə irəliləməliyik”, - deyə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi çıxışını yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see237

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see207

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see200

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see177

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see176

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see170

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see160

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see153

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see147

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see147

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see146

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see144

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see142

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see139

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see139

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri