Icma.az
close
up
RU
Nəriman Həsənzadə dəfn edildi Prezident əklil göndərdi YENİLƏNİB

Nəriman Həsənzadə dəfn edildi Prezident əklil göndərdi YENİLƏNİB

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib.

Redaktor.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, dəfndən əvvəl Xalq şairi ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

***

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, Nəriman Həsənzadə bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib ki, Nəriman Həsənzadə ilk yaradıcılıq nümunələrindən etibarən özünü təsdiq etmiş, fəal ictimai mövqeyi ilə seçilən bir insan olub:

“Nəriman Həsənzadə həmişə yüksək qiymətləndirilib, müxtəlif mükafatlara və fəxri fərmanlara layiq görülüb. O, bütün fəaliyyəti boyu xalqa xidmət edib. Nəriman Həsənzadə ilə uzun illər yaxın münasibətlərimiz olub. Son aylarda da telefonla danışırdıq. Hər dəfə söhbətimizin mövzusu onun səhhəti olurdu. Yazıçılar və şairlər bir baxımdan xoşbəxt insanlardır. Çünki onlar yaratdıqları əsərlərlə tarixdə qalırlar. Bu gün Nəriman Həsənzadə fiziki olaraq aramızdan ayrılsa da, onun xidmətləri, zəngin ədəbi irsi və şəxsiyyəti həmişə xalqımızın yaddaşında yaşayacaq”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının 50-ci illər nəslinə mənsub idi:

“O, həmin nəslin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Hüseynov, Xəlil Rza Ulutürk, Məmməd Araz kimi görkəmli nümayəndələri ilə birlikdə ədəbiyyatımızda sovet ideologiyasının sərt qəliblərini yumşaldaraq, ədəbiyyatı real həyata doğru inkişaf etdirmək missiyasını yerinə yetirən görkəmli sənətkarlardan biri idi. Bu mənada Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatında qazandığı mövqe özündən əvvəlki görkəmli nəsillə Azərbaycan ədəbiyyatında xüsusi epoxa yaradan 60-cı illər nəsli arasında bir körpü rolunu oynayıb. Özünün məşhur əsərlərindən birinin adında dediyi kimi, tarixin ona verdiyi möhlət ərzində o, uzun illər 60-cı illər nəsli ilə çiyin-çiyinə müstəqillik dövrünün ideallarına xidmət edən ədəbi mühitin, böyük ədəbiyyatın formalaşmasında yaxından iştirak edib, müstəqil dövlətçilik və azərbaycançılıq ideologiyasının ədəbiyyatda əks olunmasının parlaq nümunələrini yaradıb”.

Akademik Nizami Cəfərov Xalq şairinin yaradıcılığının məziyyətlərindən danışıb:

“Nəriman Həsənzadənin dili kamil Azərbaycan dilidir. Həm ədəbiliyi, həm elmiliyi, həm də müasirliyi ilə seçilən bir dildir. O, bütün yaradıcılığı ilə Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini və azərbaycançılıq düşüncəsini tarixə bağlayırdı. Təsadüfi deyil ki, onun ən gözəl poemaları, sonrakı illərdə qələmə aldığı əsərləri, dramları və dramatik poemalarının hamısı tarixi mövzulara həsr olunub. Çünki Nəriman Həsənzadə bilirdi ki, bu tarix bu xalqa lazımdır. O, bu xalqın tarixini yazan sənətkarlardan biridir. Məhz buna görə də böyük mütəfəkkirdir. Çünki tarixə söykənən bir yaradıcılıq yolu seçmişdi. Bir xalq üçün isə tarix ən böyük sərvətdir. İnanıram ki, bu böyük sənətkarın və mütəfəkkirin irsi bundan sonra da yeni nəsillərin yetişməsinə, azərbaycançılıq düşüncəsinin qorunmasına xidmət edəcək”.

Mədəniyyət nazirinin müşaviri, yazıçı Orxan Fikrətoğlu bildirib ki, Nəriman Həsənzadə taleyi olan və taleyini ləyaqətlə yaşayan insan idi:

“‘Ədəbiyyat və incəsənət’ qəzeti, düşünürəm ki, burada iştirak edənlərin əksəriyyətinin xatirindədir. Həmin qəzet bir dövr Azərbaycan ədəbiyyatında azadlığı tərənnüm edən, gerçək həyatı və nəsri təmsil edən nüfuzlu mətbuat orqanı idi. Nəriman müəllimin informasiya nazirinin müavini, bir müddət isə nazir vəzifəsini icra etməsi də Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri idi. Nəriman Həsənzadənin şəxsi həyatı da, şair kimi ömür yolu da örnəkdir. Çünki bu insan nə qədər mehriban, romantik və həyatsevər idisə, şeirləri də elə idi”.

Xalq şairi Vahid Əziz bildirib ki, həyatın bütün keşməkeşlərinə və çətinliklərinə baxmayaraq, Nəriman Həsənzadə dünyaya həmişə nikbin baxırdı:

“Əzablarını içinə çəkirdi, heç kimə hiss etdirmirdi. Bunları ona görə deyirəm ki, Nəriman müəllimlə həm həmkar, həm dost, həm də iş yoldaşı olmuşam. O, Azərbaycan xalqının yaddaşında böyük şair kimi yaşayacaq”.

Sonda Xalq şairi Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, vida mərasimində iştirak edən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Xalq şairi I Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

***

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə əklil göndərib.

Redaktor.az xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

***

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasiminə mərhumun ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri qatılıb. 

Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə avqust ayının 1-də vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri