Icma.az
close
up
RU
Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir

Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və YAP Nərimanov rayon təşkilatı tərəfindən Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin 102 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ümumilli lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, ulu öndər ölkənin taleyüklü anlarında göstərdiyi qətiyyətli liderliklə müstəqilliyin qorunmasına, ictimai-siyasi sabitliyin bərqərar olmasına və ordunun gücləndirilməsinə böyük töhfələr verib. Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsini böyük ehtiramla yad edir və bu irsi yaşatmaq hər bir vətəndaşın borcudur.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının əməkdaşı Sərtac Atlas, Gənclərin Vətənpərvərlik Tərbiyəsi və İdeoloji Hazırlığı şöbəsinin müdiri polkovnik Adil Haqverdiyev, Dəmir Yolu Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev və Tədris hissə müdiri Nəzakət Allahverdiyeva çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkənin tərəqqisinin əsas sütununu təşkil edir. Natiqlər qeyd ediblər ki, bu gün gənclərin ideoloji hazırlığı və milli-mənəvi dəyərlərə bağlılığı məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davamı olaraq həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri