Icma.az
close
up
RU
Nərminə Xəlilova: Kolleksiyanı yaradarkən sərgiyə qəlbimizlə baxırdıq

Nərminə Xəlilova: Kolleksiyanı yaradarkən sərgiyə qəlbimizlə baxırdıq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC

“Qarabağ irsi” kolleksiyasının hazırlanması Nigar Helminin uzun illərdir qəlbini ağrıdan mövzuların məntiqi davamı və mahiyyət etibarilə yekunu olub. Bu, konkret bir tarixə həsr edilmiş birdəfəlik layihə deyil, dərindən yaşanmış, son dərəcə şəxsi bir hekayədir. Rəssam yaradıcılığı boyu dəfələrlə Qarabağın dağıdılmış mədəni irsi mövzusuna müraciət edib və məhz bu sərgi həmin düşüncə və hissləri bir yerdə toplayıb.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Qarabağ irsi” kolleksiyasının kuratoru Nərminə Xəlilova məlumat verib.

Onun sözlərinə görə, hazırlıq prosesi zamanı müəllifin mövqeyini xüsusilə aydın göstərən bir məqam olub. Müxtəlif şəxslər və təşkilatlar Nigar xanıma müraciət edərək hərrac keçirməyi, əsərləri satmağı, fondları cəlb etməyi və əldə olunan vəsaiti müxtəlif məqsədlərə yönəltməyi təklif ediblər. Lakin rəssam bu təkliflərə qısa və prinsipial cavab verib: “Mən Qarabağı satmıram”.

“Məhz buna görə də əsərlər satışa çıxarılmır. Bu ekspozisiya muzeyə və ya müvafiq fondlara hədiyyə ediləcək. Nigar xanım kolleksiyasını bağışlamaq niyyətindədir və bununla da onun mənasını və missiyasını qoruyub saxlayır”, - deyə N.Xəlilova vurğulayıb.

Şəxsi təəssüratlarından danışan kurator qeyd edib ki, bu layihəni ekspozisiyanın formalaşdırılması mərhələsində daha dərindən hiss edib.

“Mən incəsənət sahəsinin adamıyam. Qız qalası qalereyasında çalışıram, beynəlxalq və yerli art-layihələri koordinasiya edirəm, rəssamlarla işləyirəm, eyni zamanda özüm də rəssamam. Ekspozisiyanı qurarkən hiss edirdim ki, biz Nigar xanımla bu sərgiyə təkcə gözlərimizlə deyil, həm də qəlbimizlə baxırıq”, - deyə Nərminə Xəlilova əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri