Icma.az
close
up
RU
Nəsimi rayonunda YAP ın 33 cü ildönümünə həsr olunan növbəti tədbir keçirilib

Nəsimi rayonunda YAP ın 33 cü ildönümünə həsr olunan növbəti tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 21-də Bakı Slavyan Universitetinin (BSU) və Yeni Azərbaycan Partiyasının (YAP)  birgə təşkilatçılığı ilə  YAP-ın 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, YAP-ın Nəsimi Rayon Təşkilarının sədri Azər Süleymanov, universitetin professor - müəllim heyəti, tələbələri və partiya üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə  başlayıb. Daha sonra YAP-ın tarixi və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev YAP-ın ölkəmizin siyasi tarixində və ictimai inkişafında oynadığı mühüm rolu vurğulayaraq qeyd edib ki, bu gün təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun gələcəyinə istiqamət verən ideyaların formalaşdığı siyasi təşkilatın təsis olunduğu əlamətdar günüdür.

A.Nağıyev çıxışında YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci ilin çətin tarixi şəraitində Ulu Öndər Heydər Əliyevə ünvanlanan müraciət və onun bu çağırışa müsbət cavabı ölkənin gələcək inkişafının ideoloji əsaslarını formalaşdırdı.

Rektor bildirib ki, partiyanın yaranmasından sonra həm Heydər Əliyevin, həm də 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, siyasi, sosial və iqtisadi sahələrdə böyük nailiyyətlər qazanıb. YAP-ın beynəlxalq arenadakı nüfuzu da onun artıq regional yox, qlobal miqyasda tanınan siyasi qüvvəyə çevrildiyini göstərir.

A.Nağıyev   qeyd edib ki, BSU-nun kollektivi YAP-ın  fəaliyyətə başladığı ilk günlərdən etibarən Ulu Öndərin ideyalarına sadiqlik nümayiş etdirib və bu gün də cənab Prezident İlham Əliyevin apardığı siyasətin fəal dəstəkçiləridir. Tədbirdə həm partiyanın ilk üzvlərinin, həm də gənc fəallarınının iştirakı Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin bu gün də aktual olduğunu sübut edir.

YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxışında bildirib Ii, YAP-ın Nəsimi Rayon Təşkilatı ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malikdir və  BSU-nun  ərazi partiya təşkilatı da öz fəallığı, təşəbbüsləri və partiyanın ideya-siyasi xəttinin təbliğində göstərdiyi ardıcıl işi ilə seçilir. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt, həmçinin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkənin ərazi bütövlüyü tam bərpa olunub. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri Azərbaycanın gücünü və qətiyyətini dünyaya göstərib.

Tədbirdə digər çıxışçılar da YAP-ın keçdiyi inkişaf yoluna nəzər salaraq, onun ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolu xüsusi vurğulayıblar. Bildirilib ki, YAP-ın tarixi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə və müəllifi olduğu siyasi xəttə söykənir. Partiyanın fəaliyyət illəri ərzində əldə olunan nailiyyətlər – ölkədə sabitliyin bərqərar olması, siyasi və iqtisadi islahatların ardıcıl həyata keçirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin güclənməsi – həmin xəttin uğurlu nəticələridir.

Tədbir YAP-ın Nəsimi Rayon Təşkilatının ictimai-siyasi həyatında yüksək fəallığı ilə seçilən bir qrup partiya üzvünün təltif olunması və YAP-ın himninin səsləndirilməsi  ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri