“Netanyahu ABŞ dən narahatdır”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin yəhudi dövlətinin təhlükəsizlik maraqlarını nəzərə almadan İranla saziş bağlaya biləcəyindən ehtiyat edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail rəhbərliyi ABŞ-nin danışıqlarda ciddi güzəştlərə gedə biləcəyindən narahatdır. Bura həmçinin İsrailin İran ərazisinə zərbələr endirmə imkanlarının məhdudlaşdırılması da daxildir. Ümumilikdə İsrailin hərbi-siyasi rəhbərliyi sülh yolu ilə tənzimləmə perspektivlərinə skeptik yanaşır. Onlar hesab edirlər ki, İran ABŞ-nin ondan tələb etdiyi kompromislərə getməyəcək.
Qeyd edək ki, ötən gün Pakistanın Baş naziri Şəhbaz Şərif ölkəsinin ABŞ ilə İran arasındakı münaqişənin tənzimlənməsinə vasitəçilik etməyə hazır olduğunu bildirib. Bundan sonra isə ABŞ-nin Pakistan vasitəsilə İrana 15 bəndlik plan təqdim etdiyi barədə xəbər yayılıb.
Baxış sayı:119
Bu xəbər 25 Mart 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















