Icma.az
close
up
RU
Netanyahu dərhal əmr verdi: 3 ölkə təhlükədə İran və Türkiyə...

Netanyahu dərhal əmr verdi: 3 ölkə təhlükədə İran və Türkiyə...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail hökumətinin Qəzza zolağında yeni hərbi əməliyyat keçirmək qərarı Yaxın Şərqdə gərginliyi təkrar artırıb. Analitiklərin fikrincə, Baş nazir Benyamin Netanyahunun “dərhal və güclü zərbələr” əmri, bölgədə uzun müddətdir davam edən hərbi-siyasi balansı dəyişə və mövcud atəşkəs səylərini ciddi şəkildə sual altına ala bilər.

ABŞ-ın təşəbbüsü ilə Qəzzada atəşkəsin əldə olunması və Avropanın Təl-Əvivə sərt tənqidləri fonunda son əməliyyatların beynəlxalq arenada necə qarşılanacağı maraq doğurur. Digər tərəfdən, İsrailin bu addımı regionda güc balansını dəyişə, Misir, İran və Livan kimi ölkələrin təhlükəsizliyinə təhdid yarada bilər.

Netanyahu hökumətinin Qəzzaya hücum əmri bölgədəki ümumi münaqişə balansı və atəşkəs imkanlarına necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İsrailin Qəzza zolağına qarşı yeni hərbi əməliyyat qərarı bölgədə mövcud olan gərginliyi daha da artırır:

“Netanyahu hökumətinin “dərhal və güclü zərbələr” əmri, qısamüddətli dövrdə Təl-Əvivin hərbi üstünlüyünü təmin etsə də, uzunmüddətli sülh və atəşkəs imkanlarını ciddi şəkildə zəiflədir.

Bu addım İsrailin təhlükəsizlik strategiyasının “təzyiq yolu ilə sakitlik” prinsipinə əsaslanır. Yəni HƏMAS və digər silahlı qruplara ağır zərbə endirməklə onları fəaliyyət qabiliyyətindən salmaq niyyəti daşıyır. Lakin təcrübə göstərir ki, hərbi əməliyyatların intensivləşməsi daha çox itkilərə, Qəzzada humanitar böhranın dərinləşməsinə və beynəlxalq təzyiqlərin artmasına səbəb olur.

Belə bir şəraitdə vasitəçilərin, xüsusilə ABŞ, Misir və Qətərin atəşkəsə dair diplomatik səyləri çətinləşir. Təl-Əvivin əməliyyat qərarı həm də bölgədə “etimad böhranı” yaradır, tərəflər bir-birinin öhdəliklərinə inanmadığı üçün sülh danışıqlarından daha da uzaqlaşırlar”.

Ekspertin sözlərinə görə, İsrailin Qəzzaya yeni hücum əmri beynəlxalq diplomatiyada ziddiyyətli reaksiyalar doğurur:

“ABŞ ənənəvi olaraq onun təhlükəsizlik hüququnu dəstəkləyir. Bu dəfə də rəsmi Vaşinqtonun ilkin reaksiyası “İsrailin özünü müdafiə haqqı” kontekstində olub. Lakin Ağ Ev eyni zamanda Təl-Əvivə humanitar dəhlizlərin açılması və mülki itkilərin minimuma endirilməsi tələblərini səsləndirib.

Bu, ABŞ-İsrail münasibətlərində balans axtarışını əks etdirir. Vaşinqton Təl-Əvivin əsas müttəfiqi olaraq qalmaqla yanaşı, bölgədəki sabitliyi qorumağa və ərəb tərəfdaşlarının təzyiqlərini yumşaltmağa çalışır.


Vüqar Zifəroğlu

Avropa İttifaqı (Aİ) və bir sıra Avropa ölkələri isə daha ehtiyatlı mövqe tutur. Brüssel və Berlin, Paris kimi paytaxtlardan gələn bəyanatlarda İsrailin hücumları “mülki əhaliyə qarşı qeyri-proporsional güc tətbiqi” kimi qiymətləndirilir. Aİ daxilində humanitar fəsadlar və beynəlxalq hüquqla bağlı narahatlıqlar artır.

Beləliklə, İsrailin hərbi əməliyyat qərarı ABŞ-la münasibətlərdə qısamüddətli koordinasiya, Avropa ilə isə uzunmüddətli diplomatik gərginlik yarada bilər. Xüsusilə də beynəlxalq təşkilatlarda (BMT, Haaqa məhkəməsi və s.) Təl-Əvivə qarşı yeni çağırışların gündəmə gəlməsi mümkündür”.

Zifəroğlu bildirib ki, İran bu vəziyyətdən siyasi və ideoloji qazanclar əldə etməyə çalışır:

“Tehran İsrailin hərbi əməliyyatlarını Fələstin xalqına qarşı “aqressiya” kimi təqdim edir və öz proksi qüvvələrini, xüsusilə “Hizbullah” və İraqdakı şiə qruplarını fəallaşdırmaqla təzyiq mexanizmini gücləndirir. Bu isə bölgədə “çoxcəhətli eskalasiya” riskini artırır.

Livan istiqamətində gərginlik daha birbaşa və təhlükəli xarakter daşıyır. “Hizbullah”ın İsrailə qarşı sərhəd toqquşmalarını intensivləşdirməsi ehtimalı yüksəkdir. Əgər bu, baş verərsə, Təl-Əvivin qarşısında həm Qəzzada, həm də Livan sərhədində iki cəbhəli təhlükəsizlik problemi yaranacaq:

Ekspert əlavə edib ki, Misir üçün vəziyyət təhlükə və diplomatik yük deməkdir:

“Misir sərhədlərinin Qəzzaya yaxınlığı və ölkənin humanitar yardım dəhlizlərində əsas rol oynaması səbəbindən hadisələrin gedişinə birbaşa təsir göstərir. Qahirə hökuməti yeni əməliyyatlardan qaçmaq və vasitəçi rolunu saxlamaq istəyir, lakin bu istiqamətdə manevr imkanları məhduddur.

Bölgənin digər oyunçuları olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə İsrailin addımını ehtiyatla qarşılayır, açıq hərbi reaksiyadan uzaq duraraq diplomatik kanallar vasitəsilə təzyiq göstərməyə üstünlük verirlər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri