Netanyahu girovlarla bağlı danışıqlarda irəliləyiş əldə olunduğuna görə toplantı keçirib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunda radikal qruplar tərəfindən saxlanılan girovların azad olunması ilə bağlı danışıqlarda əldə olunan müəyyən irəliləyiş səbəbindən fövqəladə iclas çağırıb.
APA xəbər verir ki, bu barədə İsrail hökümət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu danışıqlar prosesi ilə bağlı son məlumatları almaq və növbəti addımları müzakirə etmək məqsədilə ölkənin müdafiə naziri İsrael Kats, strateji planlaşdırma naziri Ron Dermer, Baş Qərargah rəisi Eyal Zamir və danışıqlar komandası ilə bir araya gəlib.
Danışıqların detalları açıqlanmasa da, hökumət bu istiqamətdə müəyyən irəliləyiş olduğunu təsdiqləyib.
Rəsmi Tel-Əvivin yaxın günlərdə girovların azad olunması ilə bağlı daha konkret addımlar atacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 10 İyun 2025 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















