Netanyahu: Suriyadakı hadisələr Qəzzadakı girovların azad edilməsinə kömək edə bilər
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, Suriyada hakimiyyət dəyişikliyi Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesinə kömək edə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
APA xəbər verir ki, o, bu fikri girovların ailələri ilə gün ərzində keçirilən iki görüşdə bildirib.
“Həm də bizim “Hizbullah” və HƏMAS-a qarşı qətiyyətli addımlarımız sayəsində baş verən Əsəd rejiminin süqutu girovların geri qaytarılması ilə bağlı razılaşmanın irəliləməsinə kömək edə bilər.”, - deyə o bildirib.

