Netflix şirkətinin gələn həftə kütləvi ixtisarlara başlayacaq
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
“Netflix” şirkəti əməkdaşlarının təxminən 5%-ni ixtisar etməyi planlaşdırır. Bununla bağlı elanın gələn həftə veriləcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Şirkət bu məlumatı şərh etməkdən imtina edib. Ötən ilin sonuna olan məlumata görə, “Netflix”də təxminən 16 min ştatlı əməkdaş çalışıb. Beləliklə, ixtisarlar təxminən 800 nəfəri əhatə edə bilər.
“Netflix”də əvvəlki böyük ixtisar dalğası 2022-ci ildə baş verib. Həmin vaxt şirkət abunəçilərin sayında artımın yavaşlaması və istifadəçilərin xidmətə marağının azalması fonunda yüzlərlə iş yerini ixtisar edib.
Şirkət striminq bazarında rəqabətin gücləndiyi bir şəraitdə fəaliyyət göstərir. Media korporasiyaları birləşir, “YouTube” isə baxışların və reklam xərclərinin getdikcə daha böyük hissəsini özünə cəlb edir. “Netflix” gəlir mənbələrini şaxələndirmək məqsədilə abunə xidmətlərindən kənara çıxaraq reklam, canlı yayımlar və oyun sahələrinə investisiyalar yatırır.
“Puck News” nəşri də qeyd edir ki, rəhbərliyin təzyiqi fonunda şirkət auditoriyanın platformada fəallığını artırmaq yollarını axtarır. 2024-cü ilin əvvəlində Den Lini kino istiqamətinin rəhbəri vəzifəsinə təyin edən kontent direktoru Bela Baxariya göstəricilərin yaxşılaşdırılması ilə bağlı ciddi təzyiq altındadır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Oktyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















