“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin məşhur striminq platforması “Netflix” dünya üzrə təxminən 1 000 əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu, şirkət işçilərinin təxminən 6 faizini təşkil edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bu, “Netflix”də 2022-ci ildən bəri həyata keçiriləcək ən böyük ixtisar dalğası olacaq. Əsasən məhsul hazırlanması, texnologiya, hüquq və insan resursları şöbələrinin əməkdaşlarının ixtisara düşəcəyi gözlənilir.
Şirkətin rəhbərləri Piterz və Sarandos qərarı resursların bölüşdürülməsində prioritetlərin müəyyənləşdirilməsi və biznesin əsas istiqamətlərinə investisiyaların davam etdirilməsi zərurəti ilə izah ediblər.
İxtisarlar “Netflix”in böyümə tempinin zəiflədiyi və auditoriyanın marağını qorumaqda çətinlik çəkdiyi bir dövrə təsadüf edir.
Bununla belə, “Antenna” analitik şirkətinin məlumatına görə, ABŞ-də platformanın abunəçilərinin xidmətə xitam vermə səviyyəsi 2 faizdən bir qədər yüksək olaraq qalır.
Qeyd edilib ki, son 12 ay ərzində “Netflix”in səhmləri dəyərinin 40 faizindən çoxunu itirib.
Bizim.Media
Baxış sayı:68
Bu xəbər 14 Oktyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















