Icma.az
close
up
RU
“Neuberger Berman” şirkəti ilə əməkdaşlıq Azərbaycanda investisiya mühitinin əlverişli olmasının əyani göstəricisidir

“Neuberger Berman” şirkəti ilə əməkdaşlıq Azərbaycanda investisiya mühitinin əlverişli olmasının əyani göstəricisidir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dünyanın ən böyük maliyyə qurumlarından olan “Neuberger Berman” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, “Neuberger Berman” ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən “Neuberger Berman” ilə uğurla davam edən tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Corc Volker “Neuberger Berman”ın qlobal maliyyə və investisiya fəaliyyətindən bəhs edərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda başverən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini qeyd edərək, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.

1939-cu ildə təsis edilən “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün 508 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. 25 ölkədə fəaliyyət göstərən şirkət “Pensions & Investments” nəşri tərəfindən 1000-dən çox əməkdaşı olan şirkətlər arasında “İnvestisiya idarəçiliyində ən yaxşı iş yeri” adına layiq görülüb və son 8 ilin hər birində birinci və ya ikinci yeri tutub.

Təbii ki, bu əməkdaşlığın kökündə bir neçə səbəb var. Onu qeyd etmək lazımdır ki, bu, bir daha Azərbaycanın investisiya yatırılması üçün cəlbedici ölkə olması, nəhəng şirkətlərin diqqətini çəkməsini göstərir. Azərbaycadakı sabitlik “Neuberger Berman” kimi yarım trilyon dollar dəyərində aktivləri idarə edən maliyyə şirkətinin Azərbaycanla əməkdaşlığa sövq edən iqtisadi sabitlik, regionda Azərbaycanın aktiv mövqeyi, həyata keçirilən islahatlar böyük rol oynayıb. Bu bir daha Azərbaycanın qeyri-neft sektorunun inkişafında qətiyyətini, iqtisadiyyatın diversifikasiyası istiqamətində qarşıya qoyulmuş hədəflərə doğru irəliləməsinin bariz nümunəsidir. Bu əməkdaşlıq Azərbaycanda qeyri-neft sektorundan əldə edilən gəlirlərin artmasına, iqtisadiyyatın şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri