Icma.az
close
up
RU
NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: Bizi bu zülmkarlardan xilas edin

NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: Bizi bu zülmkarlardan xilas edin

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin bir addımlığında yaşayan sakinlərin canını boğazına yığan "Günəş" MTK" və onun direktoru Laçın Mustafayevdən şikayət var.

Bu barədə Mia.az-a iki nəvəsi şəhid, iki nəvəsi qazi olan Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi bina 7, mənzil 12-də yaşayan 87 yaşlı Pirmuradova Zinyət Heydər qızı şikayət ünvanlayıb.

O, sayt vasitəsiylə Prezident İlham Əliyevə müracət edərək, adıçəkilən şirkətin dövlət qurumlarının gözünün qarşısında ərazidəki geniş həyətyanı sahəni qanunsuz dəmir hasar çəkməsindən sonra onlara zülm etdiyini iddia edir: "Şirkət və onun icraçısı Laçın Mustafayev bizə müxtəlif vasitələrlə təzyiq, zülm edir. O, daha sonra evimizin kv.metrinə 900-1000 manat təklif etməklə bizi buradan qovmaq istəyir. Şirkətdən bizə deyirlər ki, "əgər razılaşmasanız, sizi məhkəməyə verib, orada sizin məsələni həll edəcəyik". Bizi belə təhdid edir, rahatlığımızı pozublar. Belə haqsızlıq, özbaşınalıq olar?!

Mən 1988-də ermənilərin zülmünün görmüş, deportasıiya yaşamış adamam, nəvələrim Vətənimiz üçün canlarını qoyub, ikisi şəhid olub, ikisi qazidir. İndi belə çıxır ki, nəvələrim dağdan enib arandakı qanuni evimizi əlimizdən rahat almağa çalışan bu adamlar üçün qanlarından keçib? Bir neçə ildir gecə-gündüz bilmədən məhəlləni ağırtonnajlı maşınlarının oylağına çevirənlər hansı haqla məni və ailəmi bu şəkildə evimizdən çıxmaqla təhdid edir? Kim bunlara o gücü, o ixtiyarı verib?".

87 yaşlı şikayətçi deyir ki, Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Bakıda hətta binaların arasında sakinlər üçün "Abad həyət" yaradır, ancaq keçmiş komitə sədri Kərəm Həsənova bağlı olduğu haqda söz-söbətlər dolaşan "Günəş" MTK uşaqların futbol oynadığı meydançanı zəbt edib, hasara alıb, yetmir, hələ sakinlərə hədə-qorxu gəlir, onları qəpik-quruş verməklə evlərindən çıxaracaqları ilə qorxudurlar: "Belə zülm olarmı?"

Sonda 87 yaşlı Zinyət xanım sonda dövlət başçısına müraciət edib: "Hörmətli İlham Heydər oğlu, müzəffər Ali Baş Komandan, qeyd etdiyim kimi, 4 nəvəm Vətən uğrunda döyüşüb, ikisi şəhid olub. Özüm də əlil adamam. Ancaq bu gün əmr verin, ailəliklə Sizin əmrinizə müntəzirik. Sizdən, sadəcə, bir istəyim, xahiş var: bizi bu zülmkarlardan xilas edin!".

F.Səfərli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Fevral 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri