Icma.az
close
up
RU
“Ermənilərə qarşı nifrətin yenidən körüklənməsi Rusiyaya, korrupsiyaya və revanşistlərə sərf edir...“

“Ermənilərə qarşı nifrətin yenidən körüklənməsi Rusiyaya, korrupsiyaya və revanşistlərə sərf edir...“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Samirə Əfəndinin Azərbaycana qarşı döyüşmüş erməni müğənnini bağrına basmasını qınayaq, amma bunun düşmənlərin dəyirmanına su tökəcək kampaniyaya çevrilməsinə imkan verməyək...” 

“Onu sərt şəkildə qınadıq – bitdi, daha bu haqda danışmaq yersizdir...”

“Ermənilərə qarşı nifrət yağdırma kampaniyaları konkret olaraq Azərbaycan xalqının hazırda ona qarşı düşmənçilik edən əsas iki hədəfdən yayındırır: xaricdə Rusiya imperiyası, daxildə isə həmin imperiya ilə tarixən bağlı olan və xalqımızı daim kölə, qul nisbətində görən, onun yeraltı-yerüstü sərvətlərini talayan “KQB”-“FSB”- korrupsiya şəbəkəsi...”

-FİKİR SAVAŞI...-

Tarixən, quldarlıq quruluşundan bəri planetimizdə var-dövlət və hakimiyyət resurslarına yiyələnmiş müxtəlif qüvvələr daim insan kütlələrinin digər güc və enerjiləri kimi, nifrət və məhəbbət potensiallarından da yararlanmağa çalışıblar. Bunun üçün müxtəlif yalan, hiylə və manipulyasiya vasitələrinə əl atıblar. Buna çoxlu misallar çəkmək olar...  

Xalq olaraq bizim bugünkü və gələcək taleyimiz də nifrət potensialımızın haraya yönəlməsindən çox asılıdır... Bizi müstəmləkələrinə çevirmiş imperiyalar daim hər işdə olduğu kimi, bu məqamda da aldatmağa çalışıb və təəssüf ki, çox vaxt buna nail olublar. Ölkəmizi işğal edərək müstəqilliyimizə son qoymuş, on minlərlə insanımızı qətlə yetirmiş bolşevik Rusiyasının “proletar” inqilabı Azərbaycanın yoxsul kütlələrini bəylərə, zadəganlara, qolçomaqlara, İslam dini xadimlərinə nifrətə sövq edirdi. Halbuki, işğalçı, qatil olaraq əsas nifrət hədəfi özləri olmalı idi. İlk müstəqil, demokratik dövlətimizi qurmuş Rəsulzadələrə, Xoyskilərə nifrət, işğalçı imperiyanın rəhbərləri Leninə, Stalinə isə əksinə, məhəbbət aşılanırdı. Bundan əlavə, xarici nifrət hədəfləri də seçilirdi. Başda Avropa, ABŞ olmaqla kapitalist dünyasına qatı nifrət... Bunun ardınca II Cahan savaşı başlanandan sonra Hitlerə, faşist Almaniyasına hədsiz nifrət... Doğrudur, Hitler də, onun qurub rəhbərlik etdiyi rejim də gerçəkdən nifrətə layiq idi, amma heç Stalinin, ondan öncə Leninin rejimi də bütövlükdə Sovet xalqlarına, o cümlədən Azərbaycana münasibətində, törətdiyi əməllərdə alman faşizmindən geri qalmırdı... Bununla belə, həm də insan kütlələrinin şuurundakı bu cür manipulyasiyalar, qanunsuzluq və zorakılıq hesabına SSRİ-Rusiya imperiyası özünü 70 il qoruyub saxlaya bildi... Bu illər ərzində çoxumuz öz siyasi və doğma babalarımızı unudub Stalini, Lenini, hətta Brejnevi “baba” kimi sevdik...  Amma atalarımızın “su çanağı  suda sınar” prinsipi ilə SSRİ dövlətini elə o yanlış nifrət-məhəbbət yönləndirməsi öz içindən dağıtdı. Sonda yüz milyonların nifrəti onun özünə qarşı yönəldi...

Çar Rusiyası və Sovet imperiyaları erməniləri xarici ölkələrdən kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürərək onlardan bizə qarşı bir alət kimi istifadə etməyə başlayandan sonra da Kreml əslində işğalçı və zülmkar kimi nifrət potensialımızı özündən yayındırıb daha çox bir-birimizə qarşı yönəltdi. Və bizləri qladiator kimi savaşdırmağa başladı. Düzdür, ermənilərin bir toplum olaraq etnopsixoloji xarakteri də onları bizə qarşı qətliamlar, terrorlar, soyqırımlar, işğallar törətməyə vadar edirdi. Ancaq bundan taktiki və strateji baxımlardan qazanan əsasən erməni toplumu özü yox, Rusiya imperiyası olurdu... 1988-2023-cü illərdə həmin qarşılıqlı nifrət son həddə kimi yüksəlirdi... 

Nəhayət, bu gün Moskvanın torpaqlarımızda qurduğu qondarma erməni muxtar qurumu itirildikdən, həmin torpaqlar işğaldan azad edildikdən və daha bir katalizator, manipulyasiya aləti əlindən çıxdıqdan sonra da Rusiya iki xalq arasında nifrət potensialından yenidən yararlanmağa çalışaraq regionda mövqelərini möhkəmləndirməyə cəhd göstərir...  Məsələ ondadır ki,  Rusiyanın həm Azərbaycan, həm də Ermənistandakı, ümumiyyətlə, postsovet məkanındakı agentura və “5-ci kalon”ları var gücləri ilə, bütün vasitələrlə iki toplum arasında qarşılıqlı nifrətin körüklənməsinə çalışırlar. Bu işdə onlar son aylarda iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələri sayılan sakinlərinin qarşılıqlı gediş-gəlişindən də yararlanmağa cəhd göstərirlər. Belə ki, hər iki tərəfdə həm insanların hələ son 30-35 illik qarşıdurma, savaş, işğal, qətliam faktlarından sonra soyumamış nifrət hisslərindən, eyni zamanda özlərinin məqsədli çıxışlar edən agentlərindən yararlanaraq belə gediş-gəlişlərin lüzumsuz olmasını aşılayır və  bunun hər iki xalqın bir-birinin gözündə alçalmasına şərait yaradan bir proses olması fikrini təlqin edirlər...    

Bu günlərdə incəsənət sahəsində baş vermiş bir insident də Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı nifrət cərəyanın gücləndirilməsinə təkan verib. Deyə bilmərik, bu təbii olaraq baş verib, yoxsa deyilən imperiya gücləri tərəfindən öncədən yönləndirilib. Bütün hallarda “maşın işə düşüb”... Söhbət Qazaxıstan paytaxtı Astanada "Silk Way Star" beynəlxalq musiqi layihəsinin finalında Azərbaycanı münsiflər kürsüsündə təmsil edən hansısa müğənni Samirə Əfəndinin Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verməsindən və üstəlik, onu qucaqlayıb, bağrına basıb öpməsindən gedir. Bu hadisəni yalnız XIX əsrin sonu- XX əsrin əvvəllərindən bəri ermənilərin Rusiya, yaxud Fransa, nə bilim ABŞ, Britaniya aləti kimi olsa da, qardaş Türkiyəyə və öz xalqımıza qarşı törətdiyi işğallar, cinayətlər, qətliamlar, terrorlar, soyqırımlardan və s. xəbərsiz olan, yaxud bunların mahiyyətini dərk etməyən, öz nəsli-nəcabəti üzərində yaşamayanlar rəğbətlə qarşılaya bilər...  

Bəlkə də erməniyə sənətçi kimi xal vermək olardı. Amma onu bağrına basmaq bəzilərinin dediyi kimi, “humanist”lik və ya “cəsarət” yox, bayağılıq və manqurtluq nümunəsi oldu. Özü də deyilənə görə, həmin erməni müğənni Qarabağ separatçı-terrorçulardan azad edilənədək Azərbaycana qarşı əsgər kimi vuruşub və həmin mahnısını torpaqlarımızda gəbərmiş, yaxud yaralanmış erməni hərbçilərinə həsr edib... 

Və o da doğrudur ki, Samirə Əfəndi özü və ya katibi bundan sonra hansı izahatları versə də, özünə bəraət qazandıra bilməz.... Artıq faydası yoxdur. Kremlin və revanşistlərin istədiyi mexanizm işə düşdü... Samirə Əfəndinin bu davranışına qarşı kobud sözlərlə müşayiət olunan sərt reaksiyalar mətbuat və sosial şəbəkələr vasitəsilə bütün dünyaya, həmçinin Ermənistana da yayıldı. Hamı gördü ki, Azərbaycanın içərisində erməni işğallarından, soyqırımlarından başlamış nifrət potensialı hələ tükənməyib. Və bu məqamda Moskvadakı imperiya ideoloqları və İrəvandakı irqçi, revanşist və “Böyük Ermənistan” xəstələri, həmçinin bütün bunlardan bilə-bilə yararlanıb hakimiyyətə qayıtmağa çalışan qüvvələr üçün iki toplum arasındakı qarşılıqlı nifrəti körükləmək, alovlandırmaq və nəinki sülh sazişinin qarşısını almaq, həmçinin gələcək qarşıdurmalar üçün od halında saxlamaqdan ötrü fürsət yarandı... Bu isə nə deməkdir? - Yenidən müharibə, yenidən hər iki tərəfdən insanların, xüsusən gənclərin ölümləri, yenidən məcburi köçkünlük, kimlərinsə Laçında, Kəlbəcərdə, Zəngilanda və s. yenicə isinişdiyi yurdundan-yuvasından təkrar didərgin düşmək təhlükəsi....

Heç kəs demir ki, öncə dediyimiz kimi, 100 ildən çox müddətdə ermənilərin alət və ya qeyri-alət olaraq bizlərə qarşı törətdikləri dəhşətli işğal və soyqırımları, 31 Martı, Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeli və s. unudaq və Samirə kimi onlarla qol-boyun olaq... Əsla...  Sadəcə, əgər ölkələrimizdə sülh-sabitlik olmasını, Rusiya imperiyasının caynağından tam şəkildə qurtulmağı istəyiriksə, ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda bir-birləri ilə bağlı informasiyalara, şayiələrə maksimum ehtiyatla yanaşmalı, Kremlin və onun hər iki ölkədəki əlaltılarının yenidən iki toplum arasında qarşılıqlı nifrəti maksimum həddə körükləyərək öz imperialist niyyətləri üçün yararlanmasına, hansısa bir olayın, bu halda Samirə Əfəndi ilə bağlı hadisənin geniş kampaniyaya çevrilməsinə imkan verməməliyik... Onu sərt şəkildə qınadıq – bitdi, daha bu haqda danışmaq yersizdir...

Digər tərəfdən, ermənilərə qarşı nifrət yağdırma kampaniyaları konkret olaraq Azərbaycan xalqının hazırda ona qarşı düşmənçilik edən əsas iki hədəfdən yayındırır: xaricdə Rusiya imperiyası, daxildə isə həmin imperiya ilə tarixən bağlı olan və xalqımızı daim kölə, qul nisbətində görən, onun yeraltı-yerüstü sərvətlərini talayan  “KQB”-“FSB”- korrupsiya şəbəkəsi... Əslində biz nifrət potensialımızı həmin iki hədəfə qarşı yönləndirməli və mübarizəmizi onlara qarşı aparmalıyıq. Çünki bugünkü və gələcək əsil müstəqilliyimiz, azadlığımız, rifah və xoşbəxtliyimiz, artıq ermənilərə qarşı deyil, məhz bu iki hədəfə qarşı mübarizədən asılıdır... Ermənilərə qarşı nifrətimizin körüklənməsi isə Rusiyaya, korrupsiyaya və hakimiyyətə can atan erməni revanşistlərinə sərfəlidir...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri