Nigar Həsənzadə: Qəhrəmanlıq yaddaşının qorunması mədəniyyətin mühüm missiyasıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 8 noyabr, Günel Alıyeva, AZƏRTAC
Mədəniyyət və incəsənət sahələrinin vəzifəsi təkcə gözəlliyi və ilhamlanmağı qorumaq deyil, həm də tarixin taleyüklü hadisələrinin xatirəsini gələcək nəsillərə dərin ehtiramla ötürməkdir. Axı hər bir xalqın mənəvi missiyası məhz bundadır – yaradıcılıqda milli kimliyin, dözümlülüyün və sabaha inamın formalaşdırıldığı hər şeyi əks etdirmək.
Bunu AZƏRTAC-a müsahibəsində şair, “Söz” multidissiplinar mərkəzinin təsisçisi Nigar Həsənzadə söyləyib.
“Gələcək nəsillərin tərbiyəsi, yaddaşın qorunması və şəhidlərimizin xatirəsinin uca tutulması baxımından bu, son dərəcə vacibdir. Əgər mədəniyyət bu missiyanı yerinə yetirməsə, onda biz ölkənin və xalqın gələcəyindən nə gözləyə bilərik? Cəmiyyətin yaşaması üçün qəhrəmanlıqla dolu hadisələrin yaddaşda saxlanması həyati zərurətdir”, – deyə o vurğulayıb.
Həmsöhbətimiz həmin dövrlərlə bağlı yaddaşında əbədi həkk olunmuş şəxsi xatirələrini də bölüşüb: “Mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşam. O dövrün bütün faciəsini – göz yaşlarını, ağrını, ümidsizliyi, xalq arasında gənclərdən tutmuş yaşlılara qədər hökm sürən mənəvi sarsıntını xatırlayıram. Və bu gün bizim üçün ən böyük xoşbəxtlik işğaldan azad olunmuş bir ölkədə, yalnız işığa və parlaq gələcəyə doğru baxan bir vətəndə yaşamaqdır”.
Nigar Həsənzadənin sözlərinə görə, bu gün mədəniyyət və incəsənətlə bağlı olan insanların hər biri xüsusi missiya daşıyır – Vətənin qəhrəmanlıq irsini gələcək nəsillərə ötürmək, xalqın ağrısını və qürurunu sözə, musiqiyə və rəsmə çevirmək.
Baxış sayı:77
Bu xəbər 08 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















