Nigar Məmmədova: Yaşıl iqtisadiyyata ədalətli keçid inklüzivlik tələb edir Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Yaşıl iqtisadiyyat"a ədalətli keçid inklüzivlik tələb edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Yaşıl iş və bacarıqlar" mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.
Onun sözlərinə görə, "yaşıl iqtisadiyyat"a ədalətli keçid üçün bacarıq və iqlim gündəlikləri üzrə yürüdülən siyasətlərin uzlaşdırılmasının tədricən baş verən proses olduğunu qəbul etmək vacibdir:
"Yaşıl texnologiyalar və əmək bazarığının dinamikası inkişaf etdikcə, bu istiqamətdə yürüdülən siyasətlər dinamik şəkildə diqqətlə hazırlanmalı və uyğunlaşdırılmalıdır.
Bu, hökumət, biznes və vətəndaş cəmiyyəti arasında davamlı əməkdaşlıq, həmçinin uzunmüddətli hədəflərə davamlı sadiqlik tələb edir".
O bildirib ki, parlamentin bacarıq və iqlim gündəliklərinin uzlaşdırılmasındakı rolu ədalətli keçidə nail olunması məsələsində çox mühüm əhəmiyyət daşıyır:
"İnklüziv və əlçatan yaşıl iş yerləri üçün qanunvericilik təmin edilməklə, hər kəsin yaşıl iqtisadiyyatdan faydalanmaq imkanına malik olmasını təmin edə bilərik. Bu istiqamətdə qətiyyətlə hərəkət etməli və hər kəs üçün davamlı, inklüziv və firavan gələcək yaratmaq üçün birlikdə çalışmalıyıq".
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:50
Baxış sayı:50 Bu xəbər 18 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 18 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















