Icma.az
close
up
RU
Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir Xəbər saytı Son xəbərlər və Hadisələr

Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir.

Unibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan "Yango Azerbaijan"la strateji tərəfdaşlığa başlayıb. Məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində "Yango Azerbaijan" şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək. Sürücülər artıq ilin sonunadək bu avtomobillərlə taksi sifarişlərinə başlaya biləcəklər.

Taksi şirkətləri bu avtomobilləri "Unibank"dan çox sərfəli, güzəştli şərtləri olan kreditlə almaq imkanı qazanacaq. Prosesə dəstək məqsədilə "Yango Azerbaijan" zamin kimi bu təşəbbüsə sərmayə qoyub. "Yango"nun tərəfdaşlarının BYD Qin Plus modelinin yeni avtomobillərini alması planlaşdırılır.

"Unibank KB" ASC İH-nin sədri Fərid Abuşov yaşıl maliyyələşmə layihəsi ilə bağlı fikirlərini açıqlayıb: "Məmnuniyyət hissi ilə bildirmək istərdim ki, Bankımız tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində növbəti yaşıl layihə maliyyələşdirilməsi aparılır. Kreditləşmə yaşıl layihə təsnifatına uyğun olan hibrid avtomobillərin alışı üzrə həyata keçirilir.

Qeyd etmək istərdim ki, "yaşıl nəqliyyat" beynəlxalq standartlar rəhbər tutulmaqla, Bankımız tərəfindən hazırlanmış dayanıqlı maliyyə yanaşmamıza əsasən yaşıl iqtisadi sektor hesab olunur. Həmçinin hibrid avtomobillərin maliyyəşləşdirilməsi, ölkəmizin Milli Töhfələr Planına əsasən atmosferə atılan istixana qazlarının azaldılmasını hədəfləyən tədbirlər üzrə ekoloji təmiz nəqliyyat növlərinə keçidi dəstəkləyir.

Bankımız tərəfindən həyata keçirilən "yaşıl kreditləşmə"nin ölkəmizdə dayanıqlı maliyyə axınlarının formalaşmasına da müsbət təsirini göstərəcəyinə inanırıq. Bu təşəbbüs fəaliyyətimizdə və bankçılıq xidmətlərimizdə dayanıqlı maliyyə və ESG prinsiplərinin inteqrasiyasının daha bir nümunəsidir ".

"Yango Azerbaijan" şirkətinin baş direktoru Müşviq Həsənov da hesab edir ki, Yango və Unibank arasında əməkdaşlığın əsas məqsədi Bakıda taksi səfərlərini daha təhlükəsiz, daha rahat və hibrid avtomobillərin sayının artması sayəsində ekoloji cəhətdən təmiz etməkdir:

"Bu təşəbbüs, Bakıdakı tərəfdaşlarımızın taksi parkının yenilənməsi üzrə uzunmüddətli proqramımızın bir hissəsidir. Əvvəllər biz onlara 1000-dən çox yeni avtomobil almağa kömək etmişik ki, bu da şəhərdə taksi xidmətlərinin səviyyəsini xeyli yüksəldir. Növbəti məqsədimiz tərəfdaşlarımıza bu və gələn il ərzində 4000-dən çox yeni avtomobil almağa kömək etməkdir".

Unibank- Sənin Bankın!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri