Icma.az
close
up
RU
Nigarı bu qədər həbs cəzası gözləyir

Nigarı bu qədər həbs cəzası gözləyir

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Nigar Fərhad Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda onun barəsində araşdırma aparılır.

Məlumata əsasən, Nigar Fərhad xaricdə təhsil xidmətləri göstərən “AİD Group” adı ilə fəaliyyət göstərib. Onun müxtəlif vətəndaşlardan xaricdə təhsil almaqla bağlı xidmətlərin göstərilməsi və digər məsələlərlə bağlı pul aldığı iddia olunur. Bildirilir ki, daxil olan şikayətlər əsasında məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb və faktla bağlı araşdırma başlanılıb. Aparılan araşdırma çərçivəsində Nigar Fərhadın hərəkətlərinə hüquqi qiymət verilməsi, vətəndaşlardan pul alması ilə bağlı iddiaların araşdırılması və mümkün zərərçəkmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Hazırda cinayət işi üzrə istintaq və araşdırma tədbirlərinin davam etdiyi bildirilir. Dominos pizza

“Yeni Sabah” xəbər verir ki, hüquqşünas Müşfiq Abbasov bu barədə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Nigar Fərhad Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilər:

"Bu maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluğa aiddir. Həmin maddənin sanksiyasında 4 min manatdan 7 min manatadək cərimə, 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Adətən ziyan ödənilməyəndə məhkəmə real cəza verir. Yəni görürsən ki, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə, ziyan ödənilmədikdə 3 il yarım, 4 il azadlıqdan məhrumetmə cəzası verilir. Amma ziyan ödənilsə, zərərçəkənlərin şikayəti olmasa və vurulmuş ziyanın məbləğinin 25 faizi dövlət nəfinə ödənilsə, ziyan tam ödənildiyinə və dövlət nəfinə də 25 faiz ödəniş edildiyinə görə cinayət işinə xitam verilir. İstər məhkəmədə, istərsə də istintaqda. Əsas məsələ burada zərərçəkənlərin ziyanının ödənilməsidir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri