Icma.az
close
up
RU
Niger Fransa şirkəti ilə münasibətləri tam dayandırıb

Niger Fransa şirkəti ilə münasibətləri tam dayandırıb

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Nigerin hərbi hakimiyyəti ölkənin uran hasilatını beynəlxalq bazarda satışa çıxaracağını açıqlayaraq, Fransa şirkəti “Orano” ilə qarşıdurmada yeni mərhələyə keçdiyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu haqda Niger rəsmi açıqlama verib. Bildirilir ki, iyunda milliləşdirilən “Somaïr” şirkətinin istehsal etdiyi uran artıq Niger dövlətinin tam nəzarətində beynəlxalq bazarda satışa təqdim olunacaq.

“Somaïr” şirkəti əvvəllər 63,4%-i “Orano”ya, 36,6%-i isə Niger dövlətinə məxsus olan birgə müəssisə idi. İyunda hərbi hökumət şirkəti milliləşdirərək “Orano”nun istismar icazəsini ləğv edib və fransız şirkətini əməliyyat nəzarətindən tamamilə məhrum edib.

2024-cü ilin sonunda “Orano” Nigerdəki üç mədən layihəsinə – “Somaïr”, 2021-də bağlanmış “Cominak” və dünyanın ən böyük uran yataqlarından biri sayılan “Imouraren” sahəsinə – nəzarəti itirdiyini qəbul etmişdi. Təkcə “Imouraren”in ehtiyatları 200 min ton olaraq qiymətləndirilir.

Dövlət televiziyası “Télé Sahel”in məlumatına görə, Nigerin hərbi rəhbəri general Abdourahman Tiani ölkənin öz təbii sərvətlərindən müstəqil şəkildə istifadə etmək, onları bazar qaydalarına uyğun olaraq istənilən alıcıya satmaq hüququna malik olduğunu vurğulayıb. “Niger, öz ləyaqətini qoruyaraq, istehsal etdiyi uranı beynəlxalq bazara çıxarır”,- deyə o bildirib.

Bu addım Fransa ilə Niger arasında artan gərginliyin daha bir göstəricisi hesab olunur. Hakim hərbi rejim açıq şəkildə yeni tərəfdaşlara – İran və Rusiyaya – yönəlmək niyyətində olduğunu ifadə edib. Moskva iyul ayında Niger uranını işlətməkdə maraqlı olduğunu bildirmişdi.

“Orano” tərəfindən başlayan beynəlxalq məhkəmə prosesləri davam edir. Şirkət sentyabr ayında məhkəmə qərarı əldə etdiyini və Nigerə “Somaïr”in hasil etdiyi uranı satmaması barədə göstəriş verildiyini açıqlamışdı. “Somaïr”in ehtiyatlarında hazırda təxminən 1 300 ton uran konsentratı və onun bazar dəyərinin 250 milyon avro civarında olduğu bildirilir.

Bununla belə qeyd edilir ki, Arlit şəhərindən (“Somaïr”in yerləşdiyi ərazi) 1 000 ton uran daşıyan karvan artıq Burkina Faso üzərindən keçərək “Lomé” limanına (Togo) doğru yola düşüb.

Euratom Təchizat Agentliyinin (ESA) 2021-ci il məlumatlarına əsasən, Niger dünyada təbii uran hasilatının 4,7%-ni təmin edir. Ölkənin uran ehtiyatları və hasilatı qlobal nüvə sənayesi üçün strateji əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri