Nigerdə məsciddən çıxanlar güllələnib 71 nəfər ölüb, xeyli yaralanan var
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nigerin Tillaberi bölgəsində terror aktı törədilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Manda kəndi naməlum silahlı terror təşkilatı üzvləri tərəfindən hücuma məruz qalıb.
Məlumata görə, namazdan sonra məscidin həyətinə toplaşan camaat güllələnib: "Nəticədə 71 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb".
Xatırladaq ki, bu bölgədə mart ayında da cümə namazı zamanı Fambita kəndindəki məscidə də hücum olub və 44 nəfər öldürülüb.
Onu da qeyd edək ki, Tillaberi Niger, Mali və Burkina Faso ilə sərhəd xəttində yerləşir. Bu bölgə 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları tərəfindən tez-tez terrora məruz qalır.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:Nigerdə hərbçilərə hücum 4 nəfər ölüb
22 Dekabr 2024 17:52
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
05 İyun 2026 11:59
Nigerdə namaza toplaşanlara hücum 71 nəfər öldürüldü
24 İyun 2025 09:44
Nigerdə terror hücumu 71 ölü
24 İyun 2025 09:03
Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb
09 Avqust 2026 04:36
Baxış sayı:198
Bu xəbər 24 İyun 2025 07:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















