Nigeriyada yanlış hava zərbəsi 56 nəfərin ölümünə səbəb oldu
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Nigeriyada ordu tərəfindən yanlış həyata keçirilən hava hücumu faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşən Jilili bazarına endirilib.
Hadisə nəticəsində 56 mülki şəxs həyatını itirib, 14 nəfər isə yaralanıb.
Bildirilib ki, hücum əslində Boko Haram üzvlərinə qarşı planlaşdırılmış hərbi əməliyyat çərçivəsində həyata keçirilməli idi.
Yobe ştatı rəhbərliyinin təhlükəsizlik üzrə müşaviri Abdulsalam Dahiru bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:Nigeriyada vəba 58 nəfərin ölümünə səbəb olub
19 Sentyabr 2025 16:08
Nigeriyada torpaq sürüşməsi 18 nəfərin ölümünə səbəb olub
28 Sentyabr 2025 19:20
Nigeriyada yanacaq tankerinin partlaması 30 nəfərin ölümünə səbəb olub
22 Oktyabr 2025 16:59
Şri Lankada daşqınlar 56 nəfərin ölümünə səbəb olub
28 Noyabr 2025 10:51
İsti hava 101 nəfərin ölümünə səbəb oldu
05 İyun 2026 17:35
Baxış sayı:93
Bu xəbər 13 Aprel 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















