Icma.az
close
up
RU
Nikahların sayı azalır, gənclər evlilikdən niyə qaçır? Səbəblər AÇIQLANDI

Nikahların sayı azalır, gənclər evlilikdən niyə qaçır? Səbəblər AÇIQLANDI

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Son illərdə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda gənclərin evliliyə yanaşmasında nəzərəçarpacaq dəyişikliklər baş verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma halları qeydə alınıb. Bu da ötən illərlə müqayisədə evlənənlərin sayında azalmanın olduğunu göstərir.


Bəs gənclərin evlənmək istəməməsinin əsas səbəbləri nədir?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, əsas səbəb iqtisadi vəziyyətin çətinləşməsidir:


"İşsizlik, aşağı maaşlar, yüksək kirayə qiymətləri və həyatın zəruri ehtiyaclarına sərf edilən yüksək xərclər gəncləri nikahdan çəkindirir. Bir çox gənc ailə qurmaq üçün əvvəlcə maliyyə baxımından stabillik əldə etməyə çalışır. Buna görə də, evlilik kimi məsuliyyətli bir addımı atmaq çox vaxt təxirə salınır.Müasir dövrün gənclərinin əksəriyyəti isə daha çox karyera hədəfləri və şəxsi inkişafa yönəlir.  Təhsil almaq, peşəkar sahədə irəliləmək və şəxsi layihələr üzərində işləmək gənclər üçün prioritet addımlara çevrilib. Evlilik bəzən bu məqsədlərlə uyğun gəlmədiyi üçün gənclər öz həyatlarını karyera və şəxsi inkişaf istiqamətində formalaşdırmağa üstünlük verirlər".

Psixoloq vurğulayıb ki, günümüzdə, uğursuz evliliklərin sayı artmağa davam edir:


"Gənclər ailə həyatı qurmağı düşündüklərində yalnız öz maraqlarını deyil, ailələrinin və yaxınlarının gözləntilərini də nəzərə alırlar. Sosial təzyiqlər, bəzən evliliyə təkan verən bir faktor olsa da, digər tərəfdən, uğursuzluq qorxusu gəncləri bu addımı atmağa çəkindirir. Cəmiyyətdə uğursuz evliliklərin və boşanmanın artması, gənclərin evlilik məsələsini daha ciddi düşünmələrinə səbəb olur.Ənənəvi dəyərlərlə müasir düşüncələr arasındakı qarşıdurma da gənclərin evlilik qərarlarına təsir edən bir faktordur. Evlilik və uşaqların dünyaya gəlməsi ilə bağlı ailədən gələn təzyiqlər əvvəlki nəsillərdən fərqli olaraq, gənclər tərəfindən daha az qəbul edilir. Bunun əvəzinə gənclər daha çox şəxsi inkişaf, karyera və sərbəstlik istəyirlər. Gənclər sevgi və münasibətləri əvvəlki dövrlərdən fərqli şəkildə dərk edirlər. Ailəli olmaq bəziləri üçün daha çox məsuliyyət kimi başa düşülür".


Gülnar Orucova son olaraq diqqətə çatdırdı ki, gənclərin evlilikdən qaçma səbəbləri müxtəlidir və bu problemi həll etmək üçün hərtərəfli yanaşma tələb olunur:


"İqtisadi şəraitin yaxşılaşdırılması, təhsil proqramlarının təşviqi, psixoloji və sosial dəstəyin təmin edilməsi gənclərin evliliyə olan yanaşmalarını müsbət istiqamətdə dəyişdirə bilər". 


Ülkər Abdurahmanlı
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri