Icma.az
close
up
RU
Nikol Ərdoğanla görüşdü, Səudiyyəyə səfərlər artdı, Pakistana təklif göndərildi Nəyə çalışılır?

Nikol Ərdoğanla görüşdü, Səudiyyəyə səfərlər artdı, Pakistana təklif göndərildi Nəyə çalışılır?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olduqdan və Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra İrəvan diplomatik münasibətləri olmayan 3 ölkə - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla münasibətləri yoluna qoymağa çalışır.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, İrəvanın Ankara ilə dialoqu İkinci Qarabağ müharibəsindən sonra intensivləşdirdiyinə diqqət çəkərək, baş nazir Nikol Paşinyanın Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dəvətlisi kimi İstanbulda onunla görüşdüyünü xatırladıb:

"İki ölkənin dialoqa başçılıq edən rəsmiləri arasında təmaslar və müzakirələr davam edir. Dialoqa baxmayaraq, Ankara Ermənistanla diplomatik münasibətləri bərpa etməyə tələsmir. Ermənistan rəsmiləri son illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanına da səfər edib, Ər-Riyadın Ermənistanla diplomatik münasibətlər qurmasını təklif ediblər. Ər-Riyad İrəvana “yox” deməsə də, Ankara kimi tələsməməyə üstünlük verir. Ermənistan Pakistan istiqamətində də fəallığını artırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın avqustun 29-da pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefon danışığı buna sübutdur. Nazirlər ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsinə baxmağa razılaşıblar. Fikrimcə, İslamabad da Ankara və Ər-Riyad kimi Ermənistanla diplomatik münasibətləri bərpa etməyə tələsməyəcək".

Politoloq bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ermənistanla diplomatik münasibətlər qurmağa qərar verəcəklər:

"Ankara, Ər-Riyad və İslamabad sülh sazişinin imzalanmasını gözləyəcəklər. Bu o deməkdir ki, bu 3 ölkə Azərbaycanla müttəfiqliyə sadiqdirlər. Bu, baş nazir Nikol Paşinyana Azərbaycanla sülh sazişini imzalamağı sürətləndirmək və radikal müxalifəti susdurmaq üçün əlavə arqumentdir. Birinci addımda Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalı, ikinci addımda sülh sazişi imzalanmalıdır, üçüncü addımda Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ermənistanla diplomatik münasibətlər quracaqlar. Paşinyan birinci addımı atarsa, davamı gələcək və bu onun Ermənistanda mövqelərini gücləndirəcək".

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Avqust 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri