Icma.az
close
up
RU
Nikol iki daş arasında qalıb: Ermənistan mülki missiyanın biz şərait yaradırmışıq kimi görüntü yaradır

Nikol iki daş arasında qalıb: Ermənistan mülki missiyanın biz şərait yaradırmışıq kimi görüntü yaradır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İki ölkə arasındakı sərhəd ərazilərdə üçüncü ölkə qüvvələrinin olmaması barədə Bakının tələbini İrəvan dolayısı ilə yerinə yetirmək niyyətindədir.

Bu barədə “Hraparak” nəşri yazıb.

Belə ki, 2022-ci ildə 2 ay müddətinə, “mülki missiya” olaraq Azərbaycanla sərhədə yerləşdirilən Avropa Birliyi (AB) müşahidəçiləri ilə 2023-cü ilin fevralında Ermənistan birtərəfli qaydada, Azərbaycanın razılığı olmadan 2 illik müqavilə bağlamış, daha sonra isə “mülki missiya”nın həcmi genişləndirilmiş, “müşahidəçilərin” sayı artırılmışdı. Xüsusilə Kanada kimi AB-yə aid olmayan ölkədən də bu “missiya”nın tərkibinə müşahidəçilərin əlavə edilməsi, onların keçmiş hərbçilər və xüsusi xidmət orqanı əməkdaşları arasından seçilməsi isə artıq sərhəddə NATO qüvvələrinin olduğu təəssüratı yaradır ki, Azərbaycan da buna qarşıdır.

“Missiya”nın müddəti 2025-ci ilin fevralında başa çatır. Avropa Birliyi missiyanın uzadılmasına çalışsa da, hələlik İrəvanın rəsmi cavabı yoxdur.

Nəşrin iddiasına görə, İrəvan “missiya”nın uzadılmasının yolunu tapıb:

“Hakimiyyət AB müşahidəçilərindən necə qurtulmaq variantını nəzərdən keçirir. Məsələ ondadır ki, Qərb ötən ilin əvvəlində başladığı monitorinq missiyasını dayandırmaq istəmir. Ermənistan hakimiyyəti kompromis variantla çıxış edib. Fevralda missiyanın müddəti bitdikdən sonra Ermənistan tərəfi müvafiq ərizə təqdim edərsə, müddət uzadıla bilər.

Hakimiyyət qərara gəlib ki, səlahiyyətin uzadılması üçün ərizə təqdim etsin, lakin formatı dəyişdirməyi təklif edəcəklər. Yeni təklifə görə, müşahidəçilər sərhədi birbaşa yerdə izləməyəcəklər, İrəvanda və ya məsələn, Cermuk kimi şəhərlərdəki ofislərdə işləyəcəklər və əlaqədar qurumlardan alınan məlumata görə sərhəddəki vəziyyəti təqib edəcəklər”.


Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, "missiya" nın uzadılması AB-nin  timsalında dolayısı ilə Fransanın istəyidir:


"AB-nin indiyə qədər hansısa münaqişə dövlətləri arasında sərhəddə müşahidə missiyası olaraq yerləşdirildiyi təcrübəsi varmı? Burada konkret planlar qlobal maliyyə şəbəkələrinin aləti olan və Fransa dövlətinin başında otuzdurulan Makronun marağı ilə uzlaşır. Həmçinin bu siyasət Ermənistan üzərindən yeridilir. Eyni zamanda Makron geosiyasətdə Fransanın rəhbərliyinə gəldiyindən bəri heç bir uğur əldə edə bilməyib. Belə bir dövlət böyük uğursuzluqlara rəğmən bunun konpensasiyasını Cənubi Qafqazda etmək istəyir. Fransa missiya müddətinin uzadılmasında maraqlıdır. Amma bunu həyata keçirmək Ermənistan üçün o qədər də asan olmayacaq. Bir tərəfdə Azərbaycan narazılıq bildirir və üçüncü qüvvələrin sərhəddə yerləşməsinin dövlət təhlükəsizliyi baxımından qəbul edilmədiyini bəyan edir. Digər tərəfdə də bunu özünə təhlükə sayan Rusiya var. Putin anlayır ki, bu, Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planının tərkib hissəsidir. Buna görə də Nikol iki daş arasında qalıb. Ermənistan hiylə ortaya qoyur. Guya AB müşahidəçilərinin buradan çıxarılması üçün sərhədlərin delimitasiya-demarkasiya prosesini sürətləndirmək və tezliklə bitirmək lazımdır ki, bundan sonra missiyanın sərhəddə durmasına ehtiyac olmayacaq. Amma bu tezliklə həll olunacaq məsələ deyil. Ermənistan istəyir ki, Azərbaycan sərhəd ərazilərini onların istədiyi kimi müəyyənləşdirməyə razılıq verməklə məsələni tez bitirsin".


Politoloqun mövqeyinə görə, sərhədlərin delimitasiya və demarkasiyası ağrılı və uzun prosesdir:

"Ermənistan topu Azərbaycana atmaqla "missiya"nın qalmasına onlar deyil, bir şərait yaradırmışıq kimi görüntü yaradır. Guya Azərbaycan sərhədlərin tezliklə müəyyənləşməsinə əngəl olur. Ancaq bu belə deyil. Ermənistan həm Azərbaycanı, həm də Avropanı narazı salmamaq üçün bəhanə ortaya atır. Bu isə sülh prosesinə ciddi maneə yaradır. Paşinyanın bu gün AB-yə demarş etməsi mümkün deyil. O şərtlə sülh real ola bilər ki, Ermənistan fevralın ortalarına qədər Azərbaycanın şərtlərini qəbul edib sülh sənədini imzalasın. Lakin Nikolun davranışı bunun mümkün olacağını göstərmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Dekabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri