Icma.az
close
up
RU
Nikol Paşinyanın qorxulu röyası GERÇƏKLƏŞİR “Çar” ona nə DEDİ? Yeni Çağ Media

Nikol Paşinyanın qorxulu röyası GERÇƏKLƏŞİR “Çar” ona nə DEDİ? Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

Dünən günorta saatlarında Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutduğunu açıqladı.

“Tərəflər Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistan Respublikasının sədrliyinin nəticələrini, habelə Aİİ çərçivəsində qarşıda duran işləri və Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər”, – deyə məlumatda bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, daha sonra Kremlin yaydığı açıqlamada məlum oldu ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub, amma bu barədə Baş nazirin Aparatının yaydığı məlumatda heç bir işarə belə yoxdur.

Rusiya tərəfinin məlumatına əsasən, Nikol Paşinyan Vladimir Putinə izahatlar verib: “Nikol Paşinyan Avropa İttifaqı ilə əlaqələr kontekstində İrəvanın son addımları ilə bağlı vəziyyəti izah edib. Rusiya prezidenti müvafiq şərhlər və qiymətləndirmələr verib”, – deyə Kremlin bəyanatında qeyd olunur.

KİV-in analitiklərinin fikrincə, beləliklə, Nikol Paşinyan yenə də iki fərqli xətt üzərində hərəkət edir:

“Əvvəlcə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü layihəsinə razılıq verir, daha sonra isə görünür ki, Rusiya tərəfinin xəbərdarlıqlarından sonra vəziyyəti yumşaltmaq və Rusiyaya qarşı hərəkət etmədiyini izah etmək üçün cəhd göstərir. Biz yazmışdıq ki, Rusiya tərəfinin təhdidləri, xüsusən də “ya Aİ, ya da Aİİ” seçimi kimi təzyiqlər Paşinyanın ciddi narahatlığına səbəb olub”.

Nəşr əlavə edib ki, o, ötən həftə bəzi komanda üzvlərini toplayaraq İcevan şəhərində iclas keçirib:

“Orada Rusiya tərəfindən mümkün məhdudiyyətlərin nəticəsində Ermənistanın üzləşəcəyi ciddi zərbələrin necə aradan qaldırılacağı müzakirə edilib. Lakin, əsas etibarilə, çıxış yolları təklif olunmayıb. Paşinyan çıxılmaz vəziyyətdə qaldığı üçün öz təşəbbüsü ilə “rus çar”ı ilə danışmağa, vəziyyəti izah etməyə və təzyiqləri azaltmağa qərar verib”.

Qeyd edək ki, əvvəlcədən məlumat var idi ki, parlamentə göndərilən Avropa İttifaqına üzvlük barədə referendum layihəsi yanvarın 20-də keçiriləcək ilk iclasda qəbul ediləcək. Ancaq bu layihə Milli Məclisin plenar iclasının gündəliyinə belə daxil edilməyib.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 18 Yanvar 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri