Icma.az
close
up
RU
“Nişan düzgün yerləşdirilməyib” Mütəxəssis sürücülərin cərimələndiyi həmin yerdən DANIŞDI VİDEO

“Nişan düzgün yerləşdirilməyib” Mütəxəssis sürücülərin cərimələndiyi həmin yerdən DANIŞDI VİDEO

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşdirilən yol nişanı sürücülər arasında narazılıq yaradıb. Sürücülər nişanın dönmə zamanı göründüyünü və bu səbəbdən cərimələndiklərini bildiriblər. Onların sözlərinə görə, nişanı vaxtında görmək mümkün deyil.

Bəs bu nə dərəcədə düzgündür? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan sürücülük üzrə mütəxəssis Azər Quliyev bildirdi ki, sözügedən yol ayrıcı ilə bağlı ona çoxlu videolar və şəkillər göndəriblər:

"Sürücülər nişanı görmədiklərini deyirlər. Düzdür, sürücülər nişanı görməlidirlər. Amma nişanlar da görünən formada qoyulmalıdır. Qanunda da bu qeyd edilir, Vyana Konvensiyasında da, beynəlxalq standartlarda da yol nişanlarının sürücülərə kifayət qədər məsafədən görünən olması tələb olunur. Hətta konvensiyanın 6-cı hissəsində yazılıb ki, yol nişanları sürücüləri çaşdırmamalıdır, yəni çaşqınlıq yaratmamalıdır. Bunu da bir kənara qoyaq. Məsələn, yolayrıcının tinində bu nişanı qoyuruqsa, onu müəyyən hündürlükdə yerləşdiririk. Adətən yaşayış məntəqəsində nişanlar yuxarıda, yaşayış məntəqəsindən kənarda isə nisbətən aşağıda qoyulur. Nişanlar yuxarıda yerləşdiriləndə isə sürücülər onu görməyə bilər.

Minik avtomobillərində, xüsusilə yastı avtomobillərdə həmin yolayrıcında sürücünün gözü, demək olar ki, solda olur. Sürücü bir fürsət tapır, bir saniyə ərzində uzaqda olan avtomobilin məsafəsini nəzərə alaraq tez yolayrıcına dönüb sağa keçir. Yəni demək olar ki, sürücü orada sağa baxa bilmir. Ötəri sağa baxır ki, zolağı düzgün tutsun, sağdan kimsə vurmasın. Gözü solda olur, boynunu çevirib əsasən sola baxır. O nişanı görməməsi normaldır. Nişanın yanından keçən kimi sürücü qarşısına baxır ki, avtobus zolağı yoxdur, zolağa düzəlib və yolun sağına keçib. Yerdə nişanlanma xətti də olsa, heç olmasa görünən formada olmalıdır. Sürücü onu görüb fürsət taparaq həmin zolaqdan çıxa bilər. Ona görə də o nişanı yolayrıcından ən azı 5 metr kənara çəkmək lazımdır. Bu məsafə 6 metr, 7 metr, hətta 10 metr də ola bilər. Zatən orada 3-4 metr hərəkət etməklə avtobusa mane olmayacaqlar".

Ekspertin sözlərinə görə, qanunun 48-ci maddəsində də yazılır ki, avtobus zolağına yola çıxarkən, yəni yola düzələrkən daxil olub çıxmaq mümkündür.

"Yəni sürücü həmin zolağa girib çıxmalıdır. Bu şərait yaradılmalıdır. Həmin şəraiti yaratdıqdan sonra qarşımıza bir 5.9 nişanı, yəni avtobus zolağı nişanı qoyulsun. Sürücü orada zolağa daxil olduqdan sonra görsün ki, avtobus zolağı var, davam etməsin, dönmə siqnalını sola yandırsın və sol zolağa keçsin. Ona görə də həmin nişanı orada qoyanda o yolda hərəkət edənlər görə bilər. Amma o yola dönənlər, həmin yola çıxanlar o nişanı görməyə bilər. Nişanı görmədikdə isə bütün məsuliyyət sürücünün üzərinə qoyulmamalıdır. Çünki normaldır ki, orada istənilən avtomobil, hətta mütəxəssis olsa belə, həmin nişanı görməyə bilər. Tanıyanlar, cərimələnənlər, əlbəttə ki, artıq orada vərdiş edəcəklər ki, bu yerdə avtobus zolağı var. Amma bilməyənlər, xəbərsiz sürücülər orada, əlbəttə, bu qaydanı pozacaqlar. Bu da sürücülər tərəfindən “tələ” kimi qələmə verilir. Hər kəs deyir ki, yol nişanları tələ məqsədilə qoyulur və s. Əslində onu quran insanlar məqsədli şəkildə tələ yaratmaq üçün qoymayıblar. Sadəcə olaraq nişanlar mütəxəssis nəzarəti ilə düzgün yerləşdirilməyib. Ona görə də sürücülər belə hallarla rastlaşırlar. Bunun da əziyyətini və problemini ən çox sürücülər görür. Çünki onlar cərimələnirlər. Yəni bunu işıqlandırmasaydılar, yəqin ki, çox insan orada davamlı olaraq analoji halı təkrarlayacaqdı", - deyə Azər Quliyev yekunlaşdırdı.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri