Binəqədidə “BYD” sürücüsü yük maşınını vurub aşırdı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 18-də axşam saatlarında DSK yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-RO-832 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil, 99-VU-356 dövlət nömrə nişanlı “Isuzu” markalı yük maşınıyla toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarına aşıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, yük maşınında sıxılı vəziyyətdə qalan sürücü vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:Qırmızıda keçən BYD sürücüsü svetoforu aşırdı REAL VİDEO
12 Fevral 2026 12:16
Güclü külək yük maşınını aşırdı VİDEO
06 Mart 2025 20:33
Binəqədidə avtobusla yük maşını toqquşdu VİDEO
28 May 2026 11:47
Balakəndə türk vətəndaşı yük maşınını aşırdı VİDEO
29 Noyabr 2024 13:35
Çində güclü külək yük maşınını aşırdı Video
10 Avqust 2026 23:27
Baxış sayı:144
Bu xəbər 20 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















