Sumqayıtda nişana məhəl qoymayan sürücü parka girib qəza törətdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Sumqayıt şəhəri, Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 2-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “BYD” markalı maşın yoldan çıxaraq parka girib. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb sürücünün ərazidə quraşdırılmış yol nişanına diqqət etməməsi olub. Nəticədə o, anidən idarəetməni itirib və maşını öncə stop nişanına, ardınca parka daxil olaraq skamyəyə çırpıb. Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi maddi ziyan dəyib. Eyni zamanda yol nişanı və oturacaq yararsız hala düşüb. Qəzalı maşın evakuator vasitəsilə parkdan kənarlaşdırılıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















