Icma.az
close
up
RU
Niyə 30, yox, 300 manat: Cərimələr nəyə əsasən artırılır?

Niyə 30, yox, 300 manat: Cərimələr nəyə əsasən artırılır?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycanda müxtəlif qayda pozuntularına görə tətbiq edilən cərimələr cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən birinə çevrilib.

Yol hərəkəti qaydalarının pozulmasından tutmuş gündəlik həyatda qarşılaşılan bəzi hallara qədər bir çox vəziyyətdə vətəndaşlar inzibati məsuliyyətlə üzləşə bilirlər. Şəxsiyyət vəsiqəsinin itirilməsi, yaşayış evinin qarşısında müəyyən hərəkətlərin edilməsi, meşə fondu ərazilərində ot biçilməsi, mal-qara otarılması və yabanı meyvələrin yığılması kimi hallara görə də qanunvericilikdə cərimələr nəzərdə tutulur. 

Həmçinin hərbi qulluqçuların hərbi hissəni özbaşına tərk etməsi və ya üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməməsinə görə məsuliyyətin yenidən müəyyənləşdirilməsi təklif olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılan qanun layihəsinə əsasən, bir gündən artıq, lakin on gündən çox olmayan müddətdə baş verən belə hallara görə 200 manatdan 300 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər. Hazırda isə bu pozuntuya görə 20 günədək inzibati həbs nəzərdə tutulur. Təkrar pozuntulara görə də cərimə tətbiq edilməsi təklif olunur.

Belə dəyişikliklər cərimələrin və digər inzibati tənbeh tədbirlərinin hansı prinsiplər əsasında müəyyənləşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda cərimələr nə dərəcədə əsaslandırılmış və pozuntularla mütənasibdir? Cərimələrin tətbiqində müəyyən həddin müəyyənləşdirilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, cərimələrlə bağlı yanaşmada əsasən iki yanlışlıq var: 

“Birinci yanlışlıq hər hansı çatışmazlığın və ya problemin cərimə, yaxud cəza tətbiq etməklə aradan qaldırılacağına inanmaqdır. Halbuki dünyanın bir çox ölkəsində qanunlar və cəzalar sərtləşdirilsə də, problemlər aradan qalxmır. Əksinə, bəzi hallarda problemlər, cinayətlər və çatışmazlıqlar daha da dərinləşir. 

Azərbaycanda isə istənilən problemin aradan qaldırılması üçün qanunvericilikdə mütləq cərimə, cəza və ya bu kimi mexanizmlərdən istifadə olunur. Üstəlik, inzibati xətalara görə məsuliyyət məsələsində daha çox pul cəriməsinə üstünlük verilir. Halbuki inzibati həbs, xəbərdarlıq kimi digər tədbirlər də mövcuddur. Buna baxmayaraq, əsasən pul cəriməsi tətbiq olunur”. 

Onun sözlərinə görə, digər problem cərimələrin məbləğinin qeyri-müəyyən meyarlarla müəyyən edilməsidir:

“Belə ki, cərimə məbləğinin hesablanması üçün konkret düstur və mexanizm mövcud deyil. Hər hansı dövlət qurumu və ya idarə Milli Məclisə qanun layihəsi təqdim edir və müəyyən hərəkətə görə konkret məbləğdə cərimə tətbiq olunmasını təklif edir. Lakin burada əsas sual yaranır: niyə məhz həmin məbləğ müəyyən edilir?

Bu məbləğ hansı düstur və meyarlar əsasında hesablanır? Cərimə müəyyən edilərkən minimum əməkhaqqı nəzərə alınırmı? Şəxsin törətdiyi inzibati xətanın ağırlığı və həmin cərimənin onun gəlirlərinə uyğunluğu qiymətləndirilirmi? Bu məbləğlər hansı prinsiplər əsasında müəyyənləşdirilir? Təəssüf ki, bu məsələlər aydın deyil. Məsələn, niyə bəzi hallarda 200, 300 və ya 500 manat məbləğində cərimə tətbiq olunur? Niyə 11, 22 və ya 30 manat deyil, məhz 110 manat cərimə müəyyən edilir? Bu məbləğlərin hansı əsaslarla formalaşdırıldığı aydın şəkildə izah olunmalıdır”. 

T. Abbaslı qeyd edib ki, cərimə məbləğlərinin müəyyənləşdirilməsi üçün konkret meyar və düsturlar olmalıdır:

“Əks halda, hazırkı formada cərimələrin müəyyən edilməsi və demək olar ki, hər bir inzibati xətaya görə pul cəriməsinin tətbiqi belə bir fikir yaradır ki, burada əsas məqsəd dövlət büdcəsinin vəsaitini vətəndaşların cibindən çıxan pullar hesabına artırmaqdır. Yəni vətəndaşlar nə qədər çox cərimələnsələr, büdcəyə bir o qədər çox vəsait daxil olacaq.

İnsanlar nə qədər çox inzibati xəta törətsələr, büdcəyə daxilolmalar da bir o qədər artacaq. Bu isə dolayısı ilə dövlət qurumlarının insanların həmin xətaları törətməsində maraqlı olması kimi yanlış bir təsəvvür yarada bilər. Halbuki qanunların əsas fəlsəfəsi problemlərin qarşısını almaqdır.

Qanunlar ona görə qəbul edilir ki, müəyyən problemlər yaşanmasın, cərimələr isə profilaktik məqsəd daşıyaraq hüquq pozuntularının qarşısının alınmasına xidmət etsin. Lakin bizdə daha çox elə bir qanunvericilik formalaşdırılır ki, sanki hər bir insan gündəlik həyatının hansısa sahəsində mütləq qayda pozmalı və ya inzibati xəta törətməlidir ki, büdcəyə cərimə şəklində vəsait ödəsin. Bu yanaşma göstərir ki, əsas məqsəd cərimə yığımlarını artırmaqdır. Bu isə, təbii ki, yolverilməzdir”.

 Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: cərimə Tural Abbaslı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri