Icma.az
close
up
RU
Niyə artıq çoxuşaqlı ailələrə rast gəlmək çətinləşib? SOSİOLOQ DANIŞDI

Niyə artıq çoxuşaqlı ailələrə rast gəlmək çətinləşib? SOSİOLOQ DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin ilk 10 ayında Azərbaycanda 80 min 802 uşaq dünyaya gəlib ki, bu da müstəqillik tariximizin ən aşağı doğum göstəricisi kimi tarixə düşüb. Statistikaya nəzər salsaq, son illərdə doğum sayı davamlı şəkildə azalır və bu, həm sosial, həm də iqtisadi problemlərə yol aça bilər. Əhalinin yaşlanması, gələcəkdə işçi qüvvəsinin azalması kimi çağırışlar artıq gündəmə gəlir. Bəs, bu azalmanın əsas səbəbləri nələrdir və hansı həll yolları mövcuddur? Əvvəllər ailələrdə çox uşağa üstünlük verilsə də, günümüzdə belə deyil. Bunun əsas səbəbi nədir? Gənclər niyə ailə qurmaqdan çəkinirlər?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, təbii artımın ləngiməsi təkcə Azərbaycanda deyil, qlobal miqyasda gedən bir prosesdir:

"Düzdür, bu cür ləngimə tarixən Azərbaycan üçün xarakterik olmayıb. Həm Sovet dövrünə qədər, həm də Sovet dövründə ölkəmizdə təbii artım daim yüksək templərlə inkişaf edib. Xüsusilə sovet dövründə müharibə itkilərini kompensasiya etmək məqsədilə dövlət tərəfindən aparılan demoqrafik təşviq siyasəti çoxuşaqlılığı ciddi şəkildə dəstəkləyirdi. “Qəhrəman ana” statusu təsis edilmişdi, müxtəlif sosial müavinətlər mövcud idi və faktiki olaraq cəmiyyətdə uşaqların sayı ilə bağlı sosial yarış formalaşmışdı. Ailələr daha çox uşağa sahib olmaq üçün təşviq olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan qlobal dünyaya açıldı və başqa ölkələrdə fərqli yanaşmaların mövcud olduğu görüldü. Bir çox ölkələrdə “az uşaq, amma keyfiyyətli həyat” modeli üstünlük təşkil edir: yaxşı təhsil, normal mənzil şəraiti, karyera imkanları və həyat keyfiyyəti əsas prioritet sayılır. Bu yanaşma cəmiyyətimizdə də düşüncə transformasiyasına səbəb oldu və ailə planlamasında çoxuşaqlılıqdan daha çox bir və ya iki uşağa, maksimum üç uşağa üstünlük verilməyə başlandı.

Artıq son illərdə Azərbaycanda demoqrafik ləngimə açıq şəkildə müşahidə olunur. Sosial xidmət haqqında dövlət proqramının preambula hissəsində də qeyd edilir ki, son 20-22 il ərzində ümumi əhali təxminən 26–34 faiz artsa da, ahıl əhalinin sayı 40–99 faiz artıb. Bu, olduqca ciddi göstəricidir. Gənc əhalinin azalması və yaşlıların payının artması əhalinin qocalması sindromu ilə üz-üzə qalmaq riskini artırır.

Məlumdur ki, əgər yaşlı əhalinin çəkisi 8 faizdən yuxarı olarsa, həmin cəmiyyət qoca əhali hesab olunur. Azərbaycan bu həddə artıq çox yaxınlaşıb. Bunun qarşısını almaq üçün demoqrafik təşviq siyasətinin həyata keçirilməsi zəruridir. Çünki proses davam edərsə, son beş ildə müşahidə edildiyi kimi, əhalinin azalması daha da sürətlənə bilər. Məsələn, son illərdə əhali təxminən 39 min nəfər azalıb, 2023-cü ildə təbii artımda 15 faizlik azalma qeydə alınıb və bu dinamika 2024 və 2025-ci illərdə də davam edib.

Yenidən doğulanların sayının azalması bir sıra risklər yaradır. Təbii artım zəiflədikcə, mexaniki artım – yəni miqrasiya – arta bilər. Bu isə Avropa ölkələrinin üzləşdiyi miqrant ekspansiyası problemi ilə Azərbaycanı da qarşı-qarşıya qoya bilər. Orta perspektivdə səfərbərlik, əmək bazarı, eləcə də genefond təhlükəsizliyi ilə bağlı problemlər yarana bilər. Azərbaycanın geosiyasi mövqeyi isə tələb edir ki, ölkə daim güclü demoqrafik və sosial “immunitetə” malik olsun.

Bu baxımdan, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə tətbiq olunan demoqrafik təşviq alətlərindən istifadə etmək mümkündür. Məsələn, gənclərin ailə qurması ilə bağlı xərclərin bir hissəsinin dövlət və bələdiyyələr tərəfindən qarşılanması, gənc ailələrə güzəştli və ya faizsiz kreditlərin verilməsi mühüm stimuldur. Azərbaycanda Güzəştli Mənzil Fondu mövcuddur, lakin bu mexanizm hələlik gənclərin və gənc ailələrin məhdud bir qismini əhatə edir.

Bundan əlavə, bəzi ölkələrdə yeni doğulan uşaqlar üçün xüsusi hesablar açılır və ilkin depozit yatırılır. Məsələn, ABŞ-da 2026–2028-ci illəri əhatə edən proqram çərçivəsində körpələr üçün təxminən 1000 dollar məbləğində vəsait ayrılır və bu vəsait investisiya alətlərinə yönəldilir. Azərbaycanda bu məbləğ daha az – məsələn, 100 dollar – olsa belə, oxşar mexanizmin tətbiqi mümkündür.

Eyni zamanda, çoxuşaqlı ailə statusunun 5 və daha çox uşağı olan ailələrə deyil, 3 və daha çox uşağı olan ailələrə şamil edilməsi məqsədəuyğun olardı. Bu halda gənc ailələr çoxuşaqlılığa daha müsbət yanaşar və müvafiq güzəştlərdən faydalana bilərdilər.

Digər mühüm məsələ gənclərin məşğulluğudur. Rəsmi statistikaya görə ümumi işsizlik səviyyəsi 5–6 faiz olsa da, gənclər arasında bu göstərici təxminən 11 faizdir. Gənclərin işlə təmin olunması, mənzil və sosial şəraitlərinin yaxşılaşdırılması onların ailə qurmaq barədə düşünməsində əsas rol oynayır.

Bu cür kompleks tədbirlər vasitəsilə təbii artımda müşahidə olunan ləngimənin qarşısını almaq mümkündür. Hazırda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında təbii artım tempinə görə hələ də öndədir, lakin orta perspektivdə bu üstünlüyün qorunacağına tam zəmanət yoxdur. Əgər demoqrafik proseslər milli təhlükəsizlik səviyyəsində risk kimi qiymətləndirilsə, hökumətin preventiv tədbirlər görəcəyi və adekvat siyasət həyata keçirəcəyi gözləniləndir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri