Icma.az
close
up
RU
Niyə bazarda meyvə tərəvəz marketdəkindən baha satılır? SƏBƏB

Niyə bazarda meyvə tərəvəz marketdəkindən baha satılır? SƏBƏB

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, qiymətlərin daha münasib olması səbəbindən bir çox insan meyvə-tərəvəzi bazarlardan almağa üstünlük verir. Lakin son zamanlar elə hallara rast gəlinir ki, bazarlardakı qiymətlər hətta marketlərdəki qiymətlərdən də baha olur.

Bəs bunun səbəbləri nələrdir?

Redaktor.az-a mövzunu şərh edən iqtisadçı Xalid Kərimli bildirdi ki, indi məhsullar anbarlardan bazarlara daxil olur.

"Söhbət fevral-mart aylarından gedir. Hazırda bazarlara çıxarılan mallar əsasən anbarlardan, saxlanclardan və ya idxal vasitəsilə təmin olunur. Mağazalar və marketlər isə hər zaman bu məhsulları böyük topdansatış mərkəzlərindən əldə ediblər. Marketlər birbaşa fermerlərdən məhsul almır və ya kiminsə fərdi şəkildə yığdığı məhsulu qəbul etmir. Onlar əvvəlcədən topdansatış şirkətləri və tədarük məntəqələri ilə işləyirlər. Çünki marketlər üçün müqavilə öhdəliklərinin icrası vacibdir: ödənişlər köçürmə yolu ilə həyata keçirilir, müəyyən vaxt çərçivəsi tələb olunur və bəzən məhsul satıldıqdan sonra ödəniş bir ay sonra edilir. Bundan əlavə, stabil təchizat təmin olunmalıdır, yəni fasiləsiz məhsul axını vacibdir. Sertifikasiya da mühüm rol oynayır ki, alınan məhsullar müvafiq sənədlərlə rəsmiləşdirilsin. Bu baxımdan, marketlərin birbaşa fermerlərdən alış etməsi praktik deyil".

İqtisadçı əlavə etdi ki, bazarlarda isə vəziyyət fərqlidir:

"Kütləvi məhsul çıxarışı zamanı fermerlər öz məhsullarını birbaşa bazarlara çıxara bilirlər. Marketlərdə isə tədarük anbarları məhsulu fermerlərdən alaraq sonradan satış şəbəkələrinə təqdim edir. Mümkündür ki, stabil müqavilə münasibətlərinə görə marketlər bu məsələdə bazarlarla müqayisədə daha üstün mövqedə olsunlar. Bu, əsasən biznes modeli ilə bağlıdır. Xüsusilə iri market şəbəkələrinin tədarük anbarları ilə davamlı müqavilələri mövcuddur və onlar stabil şəkildə müəyyən həcmdə məhsul alırlar".

Müsahibimizin sözlərinə görə, yay mövsümündə məhsul yığımı dövründə tədarük anbarları məhsulları nisbətən baha təqdim edə bilərlər.

"Çünki onların da öz xərcləri və mənfəət marjası var: məhsulun toplanması, saxlanması və sonradan satış üçün gözlədilməsi əlavə resurs tələb edir. Eyni model bazarlara da aiddir. Hazırda bazarlarda da kütləvi yerli məhsul mövcud deyil və satıcılar topdansatış məntəqələrindən alış etməyə məcbur qalırlar. Onlar az həcmdə alış etdikləri halda, marketlər daha böyük və davamlı sifarişlər verdiklərinə görə tədarükçülər tərəfindən daha əlverişli şərtlərlə təmin oluna bilirlər. Dəqiq mexanizmi müəyyən etmək üçün isə bazarda ayrıca analiz və araşdırma aparılması zəruridir", - deyə Xalid Kərimli bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Mart 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri