Icma.az
close
up
RU
Niyə bəzi şəxslər az məbləğlə biznes qura bilir, bəziləri böyük pullarla yox?

Niyə bəzi şəxslər az məbləğlə biznes qura bilir, bəziləri böyük pullarla yox?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günümüzdə çox insan biznes qurmaq istəyir. Belə bir fikir var ki, hər kəs az məbləğlə biznes qura bilər. Maraqlıdır, niyə bəziləri az məbləğlə biznes qurarkən digərləri çox pulu olmasına baxmayaraq, biznesdə uğurlu olmur?

Valyuta.az-a danışan “Mediamark” Rəqəmsal Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, bu sualın müxtəlif istiqamətdə səbəbləri, cavabları ola bilər: “Əsas məsələlərdən biri odur ki, insanlar bir bazar və ya dövriyyənin yarandığını gördükdə, bu barədə məlumatları olmamasına baxmayaraq, sadəcə populyar olduğu üçün yatırım edirlər, hətta böyük pullar xərcləyirlər, amma bir müddət sonra biznes batır. Bunun səbəbi odur ki, üzdə görünən nüanslardan əlavə görünməyən nüanslar da olur. Bəzi insanlar bizneslə məşğul olmağa başlayanda öncədən görmədikləri, hesablamadıqları müxtəlif problemlərlə qarşılaşırlar və hansısa məqamda davam gətirə bilməyərək dayanırlar. Bəzən isə, insanlar kiçik büdcə ilə uğurlu biznes qururlar. O insanlar gördüyü işin mütəxəssisi olan insanlardır. Yəni, gördüyü işi kifayət qədər araşdırıb, öyrənib bilən insanlardır. İş prosesində gözlədiyimiz və gözləmədiyimiz problemlər ortaya çıxa bilər. Kimlər ki öncədən qarşılaşa biləcəkləri problemlərə həll yolu hazırlayıbsa, planlar qurubsa, onların idarəetməsi daha rahat və biznesləri uğurlu olur”. 

Biznesdə uğurlu olmağın şərtləri var

O.Rzayev qeyd etdi ki, biznesdə uğurlu olmaq üçün bəzi şərtləri bilmək və tətbiq etmək vacibdir: “Biznes quran insanın bilik və bacarıqları, problemləri həlletmə bacarığı, çətinliklərə tab gətirmək gücü, ikinci, üçüncü, beşinci problemdə işini dayandırmaması, həll edərək növbəti addıma keçməsi və.s. faktorlar biznesin inkişaf edib-etməməsində önəmli rol oynayır. Bundan başqa, biznes qurmaq istəyən insanlar yanlış biznes, yanlış bazar seçə bilər. Bu halda insan nə qədər bacarıqlı olsa da, seçdiyi biznesə tələbat yoxdusa, yüksəlməkdə çətinlik çəkir. Biznesdə fərqli situasiya varsa, bəzən nə qədər pulun, bacarığın olsa da kifayət etməyə bilər. Sadəcə olaraq, bu, biznes işidir. Biznesə başlamağın müxtəlif aspektləri və çətinlikləri var. Biznesi detallı öyrənmək, ölçüb biçmək, yaranacaq problemləri həll etmə bacarığı və.s faktorlar da təsir edir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Fevral 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri