Icma.az
close
up
RU
Niyə intihar edirlər?

Niyə intihar edirlər?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir insanın həyatında ümudsiz anlar olur. İnsanların böyük bir qismi həyatlarının bəlli bir dönəmində fikrən intihar etmək düşüncəsində olurlar.

Şübhəsiz ki, insanları intihara sövq edən daxilindəki ümidsizlikdir.

Ümidsizliklə intihar arasında rabitə necə olur? Necə olur ki, çətin situasiyada insan intihar etmək haqqında düşünür. Bu əlaqə nədən yaranıb? Nitsşenin məşhur bir deyimi var: “Nə ki, bizi öldürmür, o bizi möhkəmləndirir.”

Gerçəkdən insanı insan kimi formalaşdıran həll etdiyi problemlər olur. Hər hansı bir problemi həll edərkən biz nəyə qadir olduğumuzu dərk edirik. Zatən həyat bir savaşdı. Daim savaşırıq - özümüzlə, xəyali, yaxud real tərəf müqabilləri ilə. Günlərin bir günü yoruluruq. Davam edə bilmirik. Dayanmaq da istəmirik. Beynimizə müxtəlif fikirlər gəlir. Ölümmü? Qalımmı? Bu suala verilən cavab sonrakı həyatımız üçün mühüm əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, hər bir insanı həyata bağlayan hansısa bir məqamlar var (ailə, sevdikləri və s.). Bu bağlar nə qədər möhkəm olarsa, insanda həyat eşqi də bir o qədər yüksək olacaq. Çalışmaq lazımdır ki, o bağlar toxunulmaz qalsın. Sirli qalsın, müqəddəs qalsın. Yetər ki, adiləşməsin. Adiləşmə sonda ölümü də ağuşuna alır.

İntiharın baş vermə səbəbi aşağıdakı faktorlarla müəyyən edilir:

- Genetik
- Bioloji
- Sosial
- Psixoloji

Nəzərə almaq lazımdır ki, intihar edənlərin bir qismi də psixiatrik problemlərdən əziyyət çəkirlər. Həmin problemlərə isə aşağıdakılar daxil edilir:

- Depressiya
- Şizofreniya
- Spirtli içkilərdən istifadə
- Narkotik maddələrdən asılılıq
- Şəxsiyyət pozuntusu

Xüsusən depressiyada olan şəxslərə zamanında psixoloji dəstəyin göstərilməsi vacibdir. Çünki intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı həyəcan təbili çalıb.

Ancaq son zamanlar biz daha çox psixoloji faktorlardan dolayı intihar edən insanlarla rastlaşırıq. Səbəb də müxtəlidir. Öncə onu qeyd edək ki, hər bir insanın özünün yaşam modeli var. İnsan həyatına da o modeldən baxır. Xırda bir təsir insanın həyat nizamını pozur, onu tarazlıqdan çıxarır. Nəticədə bir qism insanlar müvazinəti yenidən bərpa edə bilmirlər, əvvəlki həyatlarını bərpa edə bilmirlər, ümidsizləşirlər. Nəticədə intihar baş verir. Ona görə də insan beynində intihardan başqa alternativlər hər zaman olmalıdır. Alternativ düşüncə bizə hadisələrə fərqli prizmadan baxmağa yardımçı olur. Təəssüf ki, insanların əksəriyyəti bu istiqamətdə mühafizəkardılar. Dəyişmək istəmirlər! İstənilən dəyişiklik isə onlara təhlükəli görünür.

Belə bir söz var: “Allah heç bir insana çəkə bilməyəcəyi yükü vermir”. Əslində bu cümlə özündə böyük bir hikməti daşıyır. Dönüb arxaya baxsaq, hər birimizin çətin anlarımız, ən azından o an üçün çətin görünən dövrlərimiz oldu. Həyat sürətlə axır. Hər şey dəyişir. Özümüzdən başqa hər şeyə yatırım edirik. Maşın, ev, telefon, geyim və s. Sual olunur: “Özümüzü inkişaf etdirməyə nə qədər həvəsliyik?! Özümüzə yatırım edirikmi?!” Düşünürəm özümüzə yatırım etsək, dünyagörüşümüzü inkişaf etdirsək, intihar halı da azalacaq. Həyata daha pozitiv istiqamətdə baxa bilərik. İnsan bütün situasiyalarda həyatını mənalandırmağı bacarmalıdır. Əks halda intihar qaçılmaz olacaq.

“Dərd varsa, dərman da var”. “Allah bir qapını bağlayanda, başqa bir qapını açır” , – deyib böyüklərimiz. Əgər bu fikirləri həyatımıza tətbiq edə bilsək, yaşamımız da bir o qədər asan olacaq. Bütün hallarda yaşamaq gözəldir. Bir dəqiqə artıq yaşamağa möhtac olan insanlar var. Onları gözümüz önündə canlandıraq. Çarəsiz deyilsiniz. ÇARƏ SİZSİNİZ!

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

pcc.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri