Icma.az
close
up
RU
Niyə məhz Kadi Borges? əla seçimdi, amma...

Niyə məhz Kadi Borges? əla seçimdi, amma...

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Reynaldo, Vild-Donald Gerye, Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Patrik Andrade, Musa Qurbanlı...

“Qarabağ”dan gedən və “Qarabağ”a dönən futbolçuların heç də tam olmayan siyahısıdı. Gedənlərin əksəri dönəndən sonra ümidləri doğrultmadığına, bir daha əvvəlki səviyyəsinə yüksəlmədiyinə görə bu gün Kadi Borgesin növbəti gəlişi ağdamlıların azarkeşləri arasında heç də böyük sevinc doğurmayıb, daha doğrusu, sevinənlərlə məyus olanların sayı hardasa bərabərdi. Bu da dəlildi, amma mənim üçün mütləq həqiqət deyil. Ümumiyyətlə, oxucuma Kadinin dönüşünə yalnız yuxarıdakı siyahının “pəncərəsindən” yox, bir qədər geniş prizmadan baxmağı təklif edirəm. Odu ki, gəlin dostcasına bu suala cavab axtaraq: niyə məhz Kadi Borges?
Hələ sırf nəticələr baxımından nə dərəcədə effektli olacağına toxunmadan bu dönüşü “Qarabağ”ın kiçik qələbəsi sayıram. İlk növbədə ona görə ki, Ağdam klubu qəpik-quruşa aldığı vingeri “Krasnodar”a 5 milyon avroya satıb, indi də “Ferentsvaroş”a o qədər böyük pul ödəmədən qaytara bilib. Qələbənin ikinci əlamətini də deyim: ötən ilin iyulunda “Krasnodar”ın erməni sahibi Sergey Arutyunyan/Qalitski Kadini parladığı kluba yox, “Ferentsvaroş”a satmaqla bir növ “Qarabağ”dan qisas aldı. Bəlkə də erməni prezident braziliyalının ümidləri doğrultmamasına görə qəzəblənmişdi, bəlkə də ortada hansısa başqa səbəb var idi – indiki mənzərə belədi ki, inadkar “Qarabağ” ötən yay bacarmadığını bu dəfə bacardı.
Dostlar, bir halda ki, söhbətimiz alınır, başqa məqama da toxunaq. “Qarabağ” rəhbərliyi, özəlliklə də baş məşqçi Qurban Qurbanov nəticələrin get-gedə pisləşməsinin, çempionluq yolundakı əsas rəqiblərdən biri “Zirə”dən alınan acı məğlubiyyətin, mənəvi-psixoloji və oyun böhranının get-gedə uzanmasının, bu gedişlə tədricən çempionluğun taleyinin də sual altına düşəcəyinin fərqindədi. Xilaskar Juninyo yoxdu, heyətdəki dörd nominal forvardın (Cica, Addai, Qurbanlı, Axundzadə) heç biri braziliyalını əvəz edəcək, oyunu gözələşdirəcək, hücum əməliyyatlarını kreativləşdirəcək səviyyədə deyil. Əslində bu məqamda Qurban bəyin əlinin altında Juninyonu əvəzləyə biləcək üç-beş futbolçunun siyahısı olmalıydı, görünür, skautlar lazımi səviyyədə çalışmayab. Yalandan “qış fasiləsində səviyyəli futbolçu tapmaq olmur” demək çıxış yolu deyil. Baş məşqçi tanımadığı Mister X əvəzinə tanıdığı Kadini seçməklə riskdən qaçır. Şəxsən mənim üçün bu seçimin başqa adı yoxdu.
“Tanıdığı Kadi” demişkən... Əslində hər birimiz onu yaxşı tanıyırıq. Yarımmüdafiənin hər iki cinahında, üstəlik hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır, bu mənada universaldı. Öldürücü və gözlənilməz zərbələri var, yaşına baxsaq, tam çiçəklənən vaxtıdı. Yaradıcıdı, sürpriz qərarlar verir, kollektivdaxili mühiti korlayan adama oxşamır, indiki komanda yoldaşlarının əksəri ilə oynayıb və s. və i.a. Bəlkə də bəy tərifi kimi çıxır, amma mənə elə gəlir ki, Kadi nə “Qarabağ”da son sözünü deyib, nə də futbolda!
Son sözümü də deyim, sonra bu yazıya görə məni söyməkdə və ya sevməkdə azadsız: Kadi Yuri Borges Malinovskinin “Spartak”ın sabiq müdafiəçisi Georgi Cikiya ilə toqquşmada silkələnən beyni əvvəlki kimi işləyirsə, “Qarabağ”a və Qurban Qurbanova faydası dəyəcək. Mütləq və mütləq!
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri