Niyə məhz Neandertal kişilər və Homo sapiens qadınlar?
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Uzun illərdir elm adamları müasir insanların genomunda Neandertallardan miras qalan genlərin niyə bu qədər az olduğunu (orta hesabla %2) və xüsusilə X xromosomunda niyə "Neandertal səhraları" (Neandertal genlərinin demək olar ki, olmadığı bölgələr) olduğunu anlamağa çalışırdılar.
Milli.Az xəbər verir ki, əvvəllər bu genetik boşluqlar "bioloji uyğunsuzluq" (yəni Neandertal genlərinin insan sağlamlığı üçün zərərli olması) ilə izah edilirdi. Lakin Aleksander Platt və komandasının araşdırması göstərir ki, əsas səbəb cinsi seçimdir.
Qadınlarda iki X xromosomu, kişilərdə isə bir X və bir Y xromosomu olur. Əgər cütləşmələrin əksəriyyəti Neandertal kişi və Homo sapiens qadın arasında baş veribsə, insan gen hovuzuna daxil olan Neandertal X xromosomlarının sayı təbii olaraq daha az olur.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 02 Mart 2026 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















