Icma.az
close
up
RU
Niyyətin nədir: Qorumaq, ya dağıtmaq?

Niyyətin nədir: Qorumaq, ya dağıtmaq?

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son ayların statistik göstəriciləri ölkəmizdə boşanma faizinin xeyli yüksəldiyini göstərir. Bəs ailələr niyə dağılır? Bir neçə ay əvvəl bir-birini dəli kimi sevən, bir gün görməyəndə özünə yer tapa bilməyən gənclər qısa müddətdə niyə bu qədər yadlaşır? Sevgi deyilən o güc qızdırmalı xəstəlik kimi niyə bu qədər qısa müddətdə könülləri tərk edir? Bütün bunlara günahkar kimdir? Kim, harada və hansı səhvlərə yol verir? Suallar, suallar, suallar...
***
Son 20-30 il ərzində dünyada baş verən dəyişikliklər özünü bütün detalları ilə ölkəmizdə də göstərməkdədir. Haqqında danışdığımız tarixə qədər xalqımızın həyatında əsrlərdən gələn ənənələr mühüm rol oynayırdı. Çox mühüm bir amili də vurğulamaq lazımdır ki, ölkə daxilində köç çox aşağı idi. Yəni, hər kəs öz dədə-baba qonşusu ilə yanaşı, həm də klassik ənənələrə uyğun olaraq həyat sürürdü. Son 20 ildə isə ölkə daxilində sürətli köç prosesi müşahidə olunmaqdadır. Bu gün tam qətiyyətlə demək olar ki, bütün ailələrin paytaxt Bakı ilə yaxın əlaqələri var. Bir yerdən qalxıb başqa yerə köçmək çox adi hal alıb. Təbii ki, bu “yenilənmə” ailədaxili münasibətlərdə də özünü göstərir (həm də müxtəlif dəyişikliklər şəklində). Bir növ hər şeyi dəyişməyi daha əvvəlki kimi ağır itki hesab etmirik, hətta bəzən adi bir hadisə kimi qarşılayırıq.
***
Xalqımızın həyatındakı bu dəyişikliyin əsas səbəblərindən biri, ola bilsin ki, elə birincisi, əxlaqımıza yad teleserialların gündəlik həyatımıza hakim kəsilməsidir. Etiraf edək ki, hər xanımın və ya hər kişinin həftədə baxdığı bir neçə serialı var. Bu seriallar və onların qəhrəmanlarının həyat standartları, danışıq tərzləri, hətta jestləri, geyimləri tamaşaçıya təsirsiz ötüşmür. Ən başlıcası isə o serialların təbliğ etdiyi mənəviyyatsızlıq zəhərli virus kimi tamaşaçının düşüncəsinə yeriyir və öz acı nəticəsini göstərir.
***
İllər əvvəl “Sovetski” məhəlləsində kirayədə yaşayırdıq. Bu məhəllənin özünəməxsus ailə-məişət qanunları, özünəməxsus gözəllikləri hər kəsə məlumdur. Ancaq qonşuluğumuzda çox fərqli bir ailə var idi. Ər o məhəllədə doğulub böyümüşdü, xanım isə uzaq rayonların birindən bu ailəyə gəlin köçmüşdü. Üç övladları var idi və çox mehriban yaşayırdılar. Bizimlə onların arasında bircə divar var idi və kimsə səsini bir balaca qaldırsa, divarın o biri tərəfində eşidilirdi. Hər şeydən xəbərdar olan məhəllə qadınları tez-tez qonşumuzdakı o gəlini həyat yoldaşına qarşı körükləməyə çalışsalar da, nəticəsi olmurdu. Biz bir dəfə də olsun o ailədən, necə deyərlər, münaqişə, mübahisə səsi eşitmədik. Bəlkə də məhəllə qadınları yalan danışmırdılar, ancaq qonşumuzun bu cür təmkinli davranışı, eşitdiyini eşitməzliyə vurması, ara söhbətinə imkan verməməsi bir münaqişənin ya da mübahisənin önünü kəsirdi. Bu gün tanıdığım qadınların, demək olar ki, əksəriyyəti o söhbətin arxasınca gedər və kiçik bir əsas tapan kimi “hücuma keçərdi”. Qonşumuz isə o söhbəti unudur və unutdururdu. Nəticədə, ailə o dumanlı mərhələdən heç bir itki vermədən keçdi. Uşaqlar ailədə qarşılıqlı hörmət atmosferində böyüdülər. Ən başlıcası isə ailə dağılmadı...
***
Müşahidələr göstərir ki, haqlı olsalar belə, xanımların ittihamları heç də vəziyyətdən ən doğru çıxış yolu deyil. Ola bilsin ki, ər öz ailəsinə qarşı heysiyyatını qorumur, ancaq unutmaq olmaz ki, ailə dediyin təkcə iki nəfərin qarşılıqlı anlaşması deyil, ortada qayğıya möhtac uşaqlar var. Yəni, bu münaqişələr və ya mübahisələr, həmçinin qəbul edilən arzuolunmaz qərarlar hamıdan çox uşaqların həyatına ağır təsir göstərir.
Hər bir ailədə çatlar əvvəlcə kiçik görünən problemlərlə başlayır. Əlbəttə ki, haqqını tələb etmək, hətta bunun üçün bütün çarələrə baş vurmaq hər bir tərəfin hüqüqü sayıla bilər, ancaq hər şeydən əvvəl onu düşünmək, ölçüb-biçmək lazımdır ki, bu cəhd gələcəkdə hansı nəticəni doğura bilər.
***
İstəsək də, istəməsək də qəbul etməliyik ki, tarix boyu Azərbaycan ailəsi əsasən qadın fədakarlığı üzərində formalaşıb. Ancaq bu gün biz Avropa dəyərlərinə inteqrasiya olunuruq və bir çox məsələlər kimi ailə problemləri də hüquq müstəvisinə daşınır. Ona görə də, qadının öz ailəsini qoruyub saxlamaq üçün fədakarlığa qatlanması burada daha çox ön plana çıxır. Bir də unutmaq olmaz ki, işləsə də, işləməsə də, evin atmosferini, ümumi əhvali-ruhiyyəsini qadın tənzimləyir. Evdə hər şey onun zövqü ilə yerbəyer olur, ümumi ahəng içində öz yerini tapır. Onda bəlkə də bir çox problemlər (istər maddi problemlər olsun, istərsə də mənəvi problemlər) bütün bunların yanında kölgədə qalır.
***
Hər yara öldürücü olmadığı kimi, hər xəta da sonuncu deyil. Dədə-babadan deyildiyi kimi, biri od olanda o biri də gərək su ola ki, aranı sakitləşdirmək mümkün olsun. Fədakar qadın ailədə bir problem olduğunu hiss edirsə, problemin həllinə ilk növbədə özündən başlamalıdır. Yox, əgər xəta başqa yerdədirsə və yaxud problem xroniki xəstəlik şəklindədirsə, onda da ən doğru seçim məsələni münaqişə səviyyəsinə çatdırmadan həll etməyə çalışmaqdır. Çünki, yuxarıda da dediyimizi kimi, bu işdə münaqişə ən sonuncu yoldur. Əksər hallarda da peşmançılıqla nəticələnir.
Biz demirik ki, boşanma olmayacaq, əlbəttə ki, olacaq, ancaq olmasını da heç istəmirik. Boşanma hər iki tərəfin də haqqıdır, ancaq bu haqq Allahın sevmədiyi bir haqdır. Bir daha o məqama toxunmaq istəyirik ki, qərar vermədən əvvəl ciddi araşdırma aparmaq lazımdır, istər evlənəndə, istərsə də boşananda.
Ailələrin möhkəmliyi, sağlamlığı əslində cəmiyyətin möhkəmliyi, sağlamlığıdır. Bu dünyanın ən böyük gözəlliyi də elə ailə səadətidir. İki nəfərin bir körpəni qucaqlaması nə gözəl mənzərədir, heç bu haqda düşünürsünüzmü? Hər axşam işdən çıxanda evinə tələsmək nə xoş hissdir, bunun fərqindəsinizmi?
Tələsməyin, hər şeyə ağlın gözü ilə baxmağa çalışın. Ağılla qərar verin ki, sonunda peşman olmayasınız...
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Oktyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri