Icma.az
close
up
RU
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMTnin Sivilizasiyalar Alyansının 10cu Qlobal Forumuna tərəfdaşlıq edir AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMTnin Sivilizasiyalar Alyansının 10cu Qlobal Forumuna tərəfdaşlıq edir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Toplantıda 12-ci Qlobal Bakı Forumuna hazırlıq məsələsi müzakirə ediləcək

Bakı, 25 noyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir. Noyabrın 25-27-də Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək Forumda NGBM-nin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirak edəcək.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən toplantının iştirakçıları arasında Bolqarıstanın sabiq prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq prezidenti George İvanov, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq baş naziri Zlatko Laqumdziya, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiq baş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri Corc Papandreu, Avstriyanın sabiq federal xarici işlər naziri və Avropa Komissarı Benita Ferrero-Valdner, Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç yer alırlar. Forumda, həmçinin Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, NGBM-nin Baş katibi Rövşən Muradov, Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoru Rza Əliyev iştirak edəcəklər.

Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində ötən günlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri