Icma.az
close
up
RU
Nizami rayonu sakinlərinin ŞİKAYƏTİ: “Orbita”MTK nın rəhbərliyi vətəndaşların məcburi evindən çıxarır? Video Yeni Gündəm

Nizami rayonu sakinlərinin ŞİKAYƏTİ: “Orbita”MTK nın rəhbərliyi vətəndaşların məcburi evindən çıxarır? Video Yeni Gündəm

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nizami rayonu, Ordubadi küçəsi 7 ünvanında yaşayan sakinlər “Orbita” MTK rəhbərliyindən şikayətçidirlər.

“Yeni Gundem” XALQ.AZ-a istinadən xəbər verir ki, onlar qanunsuz şəkildə mənzillərindən çıxarıldıqlarını bildiriblər. “Bizə 600 manat kirayə pulu verməlidirlər. Bunlar o pulu verməməyin dərdindən bizi Çobanzadə küçəsində qəzalı binalara göndərirlər. Fövqəladə Hallar Nazirliyi o binalara rəy verib ki, qəzalı vəziyyətdədir. Qəsdimə durmusan, uşaqlarımı, nəvələrimi yığıb o binanı başıma uçurmaq istəyirsən?!”, – şikayətçi deyib.

Məsələ ilə bağlı şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov vətəndaşların evinin məhkəməyə çoxmərtəbəli qəzalı bina kimi təqdim olunmasının və onların yararsız binaya köçürülmə təklifinin həqiqəti əks etdirmədiyini söyləyib.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, müvafiq qurumların icazə sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında “Orbita” MTK-nın istifadəsinə verilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) “Azkommunlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən adıçəkilən küçədə yerləşən yataqxana tipli binaya texniki baxış keçirilib, vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilib. Mənzil sahiblərinə MTK tərəfindən inşa ediləcək yeni çoxmənzilli yaşayış binasında öz mənzillərinin sahəsinə əlavə olaraq fərqə görə vətəndaş tərəfindən ödəniş olunmaqla ümumi sahəsi 36 kvadratmetr olan mənzil verilməsi və ya birbaşa 45000 manat ödəniş olunması, Zabrat qəsəbəsində birmərtəbəli fərdi yaşayış evinin inşa edilib təhvil verilməsi təklifləri edilib.

Qeyd edək ki, sakinlərə sözügedən ərazidəki evlərin aprelin 4-də söküləcəyi bildirilib.

Ətraflı Baku TV-nin süjetində:

Məlumat üçün bildirir ki, bir müddət öncə  Nizami rayonu Kamil Balakişiyev küçəsindəki yaşayan sakinlərdə “Orbita” MTK-dan şikayətçi idilər.

Qeyd edək ki, Orbita” MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur. İcraçı direktor isə, Nizami bələdiyyəsinə  üzvü Bağıyev Amil Famil oğludur.

2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı  Coşqun Cəbrayılovdur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri