Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Beynəlxalq hava limanından Bakıvaxtı.az-a bildirilib ki, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən hava gəmisinin komandiri yanacaq doldurmaq qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.
Baxış sayı:73
Mənbə:https://bakivaxti.az
hava gəmisinin
heydər əliyev
yanacaq doldurmaq
07 55
787 təyyarəsi
aeroportu yanacaq
aeroportuna eniş
aeroportuna təcili
airways aviaşirkətinin
aviaşirkətinin brno
bakı aeroportuna
brno phuket
davam etdirilməsi
doldurmaq qərarına