Norveç klubunun baş məşqçisi: Qarabağla oyun asan olmayacaq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Asan oyun olmayacaq.
Bunu "Budyo Qlimt" komandasının baş məşqçisi Hyetil Knutsen Norveçdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:
"Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var".
Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi "Ayaks"a uduzmasını (0:3) xatırlayıb:
"11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Noyabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















