Norveç öz ərazisində nüvə silahı yerləşdirilməyəcəyini bəyan edib
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Norveçin Baş naziri Yonas Qar Störe İranda davam edən müharibənin eskalasiya mərhələsinə keçdiyini bildirib.
Moderator.az xəbər verir ki, Baş nazir ABŞ və İsrailin bu hərbi kampaniya ilə bağlı planlarının qeyri-müəyyən olduğunu vurğulayıb.
Y.Q.Störe eyni zamanda mühüm bir hərbi-siyasi məqama toxunaraq, Norveç ərazisində heç bir nüvə silahının yerləşdirilməyəcəyini qəti şəkildə bəyan edib.
Norveç hökumət başçısı İsrailin İrana qarşı başlatdığı "qabaqlayıcı" hücumları kəskin tənqid edərək, bu addımların beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu qeyd edib. O, rəsmi Oslonun İsraili "təcavüzkar dövlət" kimi xarakterizə etdiyini bildirib.
Baş nazir həmçinin xəbərdarlıq edib ki, ABŞ və İsrailin İranda apardığı hərbi əməliyyatlar bütün regionun sabitliyinə ciddi xələl gətirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Mart 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















