Norveçdə yüzlərlə reys ləğv olundu
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, ən böyük ləngimələr Oslo-Qardermoen hava limanında qeydə alınıb. Burada 75 gediş və 47 gəliş reysi təxirə salınıb. Yaranan problemlər ölkənin digər hava limanlarına da təsir göstərib.
Ləğvlərə səbəb Oslo hava limanı ətrafındakı hava məkanının səhər saat 06:30-dan 11:30-dək planlaşdırılmış uçuşlar üçün tamamilə bağlanması olub. "Avinor" şirkətinin məlumatına görə, bu məhdudiyyət təkcə "Norwegian Air Shuttle" aviaşirkətini 72 reysi ləğv etməyə məcbur edib və nəticədə 9 minə yaxın sərnişin yolda qalıb.
Cümə günü saat 11:00-da başlayan aksiyada Oslo-Qardermoen və Bergen-Flesland hava limanlarından 12 dispetçer iştirak edir. Şənbə günü ölkənin qərb hissəsindəki hava məkanı da 3 saatdan çox müddətə uçuşlara bağlanıb. Bu ərəfədə yalnız xüsusi əhəmiyyətli reyslərə — təcili tibbi yardım təyyarələrinə, polis helikopterlərinə və hərbi aviasiyaya icazə verilib.
Uçuşların dayanması səbəbindən yüzlərlə sərnişin gecəni Bergen hava limanında keçirməli olub.
Davam edən tətilin çərşənbə axşamı daha da genişlənəcəyi və aksiyaya daha 8 dispetçerin qoşulacağı gözlənilir. Bu isə ölkə üzrə uçuşlarda daha böyük ləğv və gecikmələrə yol aça bilər.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















