Növbəti 2 günün hava proqnozu: Leysan, dolu… KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da və 17-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 28–33 dərəcə isti olacağı gözlənilir.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, bölgələrdə sentyabrın 16-da əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 30–35, dağlıq ərazilərdə 22–27 dərəcə isti olacaq.
Gülşad Məmmədova, həmçinin deyib ki, sentyabrın 16-da gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə ediləcək.
Baxış sayı:96
Bu xəbər 15 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















